“Uşaqlarda inkişaf probleminin erkən aşkarlanması və vaxtında müdaxilə vacibdir”
Tarix: 28.12.2017 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Hər il minlərlə uşaq müxtəlif problemlərlə doğulur. Bu problemləri aradan qaldırmaq üçün müdaxilə nə qədər tez başlasa bir o qədər səmərəli olur. Erkən müəyyənləşdirmə və müdaxilənin uğurlu olması bir çox hallarda valideynlərlə mütəxəssislərin birgə işindən asılıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir “Azərbaycanda Erkən Müdaxilə və Müəyyənləşdirmə xidmətinin təşkili” layihəsi çərçivəsində Ağsuda keçirilən icma görüşündə səsləndirilib. Rayon icra hakimiyyətinin və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) təşkilatçılığı ilə Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə təhsil şöbəsinin metodistləri, nevropatoloqlar, pediatrlar, sahə həkimləri, sosial müdafiə fondunun nümayəndələri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, əlilliyi olan və tipik 0-6 yaş arasındakı uşaqların valideynləri iştirak ediblər.
Layihənin koordinatoru Yelena İsrafilova icma görüşündə çıxış edərək həyata keçirilən tədbirlərdən, görüləcək işlərdən danışıb. Bildirib ki, Cənubi Qafqaz Boru Kəməri, BP və tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə UAFA təşkilatı 2016-cı ilin iyun ayından uşaqlarda ilkin əlilliyin qarşısını almaq məqsədilə boru kəmərinin keçdiyi 10 rayonu əhatə edən “Azərbaycanda Erkən Müdaxilə və Müəyyənləşdirmə xidmətinin təşkili” layihəsini həyata keçirir. Bu ilin dekabr ayından etibarən layihənin ikinci mərhələsinə başlanılıb ki, bu mərhələdə həmin xidmətlər 3 regionda – Ağsu, Şirvan və Qobustanda həyata keçiriləcək.
Y.İsrafilova vurğulayıb ki, layihə çərçivəsində Ağsu rayonunda yaşayan 0-3; 0-6 yaş arası uşaqlarda inkişaf probleminin mümkün qədər tez aşkara çıxarılması və müdaxilə edilməsi məqsədilə regional mərkəzlərdə fəaliyyət göstərəcək işçilər, tibb işçiləri təlimatlandırılır, habelə valideynlər və yerli əhali erkən müdaxilə sahəsində maarifləndirilməlidir.
İcma görüşündə müvafiq strukturlara məktəbəqədər təhsil qruplarının yaradılması, ixtisaslara uyğun namizədlərin seçilməsi və onlarla müsahibələrin aparılması, kəndlərdə ictimai binalarda otaqların ayrılması və sair məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info