Pirallahıda bayram tədbiri keçirilib
Tarix: 29.12.2017 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə qəsəbədəki “Gənclər Parkı”nda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə icra başçısı Vasif İmanov, İsrailin Azərbaycandakı səfiri Dan Stav və xanımı, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək deyib ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2017-ci ildə Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Diqqətə çatdırılıb ki, cari ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib və bu sınaqdan uğurla keçib. Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə də xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə edib.
İcra başçısı, həmçinin 2017-ci ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
İsrailin Azərbaycandakı səfiri Dan Stav rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov çıxış edərək bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur.
Sonra rayonun ictimai həyatında və mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştirak edən incəsənət ustaları və sakinlər Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.
Tədbir konsert proqramı və atəşfəşanlıq ilə davam edib.
Qeyd edək ki, rəngarəng bayram tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da təşkil edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info