“Azərenerji” xüsusi növbətçilik rejiminə keçib və hazırlıq yüksək dərəcədə gücləndirilib”
Tarix: 29.12.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Bu sözləri “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib. Son illər Azərbaycan elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində bu sahənin dayanıqlığı daha da möhkəmlənib və müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib. 
Bu nöqteyi-nəzərdən, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumların fəaliyyətində hər hansı problemin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib.
Bu yaxınlarda “Azərenerji” ASC-də “Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı haqqında” əmrin yerinə yetirilməsinin müzakirəsi, qiymətləndirilməsi və  “Hazırlıq Pasportu”nun verilməsi prosesi həyata keçirilib. Məhz məqsədyönlü tədbirlər nəticəsində enerji sistemin dayanıqlığı yoxlanılmış və xidmət keyfiyyəti bir daha nəzərdən keçirilmişdir. Bütün bunlar, ilin sonunda, qış fəslində və belə xüsusi günlərdə “Azərenerji” ASC-nin elektrik enerjisinin fasiləsiz və təhlükəsiz təmin olunması funksiyasının öhdəsindən gəlməsinə şübhə doğurmur.
Eyni zamanda bildirək ki,hazırda enerjisistem dispetçer qrafikinə uyğun işləyir. Dəyişən mövsüm, hava şəraiti, küləyin sürətinin artması nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb.Belə vaxtlarda, qeyri iş günlərində istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarında hər hansı ciddi səbəb olmadan problemin yaranması gözlənilmir. Bütün bunlara baxmayaraq, xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq yüksək dərəcədə gücləndirilibdir.
Xüsusilə bir daha qeyd edək ki, istehlakçıların bu günlərdə elektrik enerjisi ilə təmin edilməsində heç bir fasilə gözlənilmir. Bu istiqamətdə, görülən işlər və qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir.
Fürsətdən istifadə edərək, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə təbrik edirik.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info