Beynəlxalq karikatura müsabiqəsi elan edilib
Tarix: 29.12.2017 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018” beynəlxalq karikatura müsabiqəsini elan edib. 2018-ci ildə “Molla Nəsrəddin – Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin 10 ili tamam olur. Məhz bu münasibətlə təşkil olunan müsabiqə “Yubiley” mövzusuna həsr edilir.
AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.
Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək işlər “Yubiley” (“Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyidir) və “Yubiley” (Mənim 50 yaşım tamam olur) mövzularını əhatə etməlidir. İştirakçılar karikaturalarla birlikdə ürək sözlərini, fikir və təkliflərini, eləcə də iradlarını yazıb göndərə bilər. Fikirlər karikaturalarla birlikdə müsabiqənin albomunda dərc ediləcək. Müsabiqə internet vasitəsilə keçirilir. Karikaturalar 2018-ci il oktyabrın 10-dək 300 dpi, jpg formatında “mollanasreddin2018@gmail.com” elektron ünvana göndərilməlidir. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
Karikaturaları beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq qızıl, gümüş, bürünc medal və diplomlar veriləcək. Habelə münsiflər heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikatura Mərkəzinin xüsusi mükafatları olacaq.
“Molla Nəsrəddin - Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadədir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info