Ölkə əhalisinin 76,6 faizi diaqnostik yoxlamalardan keçirilib
Tarix: 29.12.2017 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


İl ərzində aparılan tibbi müayinələr nəticəsində 18 yaşdan yuxarı ölkə əhalisinin 76,6 faizi diaqnostik yoxlamalardan keçirilib. Onların 3 faizində ilkin xəstəliklər aşkar olunub, 1,2 faizi dispanser nəzarətə alınıb, 4,2 faizi sağlamlaşdırılıb, 37,1 faizi əlavə müayinələrə cəlb edilib, 0,5 faizi müalicə müəssisələrinə yerləşdirilib.
Uşaqların icbari dispanserizasiyası Dövlət proqramı çərçivəsində 2017-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub, onlardan 5,1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi müalicə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə yerləşdirilib. Son 3 ildə ölkəmizdə diridoğulmanın beynəlxalq meyarları tətbiq edilir. İndiyə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub.
Bu barədə Səhiyyə Nazirliyində ilin yekununa həsr olunan geniş tərkibli kollegiya iclasında məlumat verilib. Kollegiya iclasında ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edildiyi, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparıldığı barədə də danışılıb. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.
2017-ci il ərzində dövlət hesabına 1106 xəstəyə 966 acıq, 140 qapalı ürək əməliyyatı icra olunub, o cümlədən, 266 uşaq üzərində 201 acıq, 65 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunub. Xəstələrdən 2413 nəfəri üzərində angioqrafiya müayinəsi aparılıb və onlardan 684 nəfərinə koronar damarların stentlənməsi icra edilib.
Son iki il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaq üzərində koxlear implantasiya əməliyyatı aparılıb. Bu ilin fevralından Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasında ilk dəfə olaraq telesəhiyyə texnologiyalarının tətbiqi nəticəsində məsafədən videobağlantı vasitəsilə müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən konsultasiyaların aparılmasına başlanılıb və 600-dən çox müraciət telesəhiyyə vasitəsilə cavablandırılaraq regionlarda çalışan həkimlərə müvafiq məsləhətlər verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info