BSU-da Çex dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açıldı
Tarix: 21.05.2013 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Bu gün BSU slavyan xalqlarının dillərini tədris və təbliğ edən unikal tədris ocağıdır. Bu dillər sırasında çex dili də vardır. Belə ki, universitetdə artıq 1996-cı ildən çex dili və 2000-ci ildən isə çexşünaslıq ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir. BSU-da həmçinin 2010-cu ildən Çex Dili və Mədəniyyəti Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Çexiya arasında mədəni əlaqələrin inkişafına yardımçı olmaq, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə çexşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəzdə Çexiyanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir. Çexiya Respublikasının nüfuzlu ali təhsil ocaqları ilə də BSU-nun sıx əlaqələri vardır.
20 may tarixində BSU-da Çex dili və Mədəniyyəti Mərkəzinin kitabxanası açıldı. Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə nəfis şəkildə təmir və texniki avadanlıqlarla təchiz olunan kitabxana otağında çex dili və mədəniyyətini daha mükəmməl öyrənmək üçün əlverişli şərait yaradılıb. Kitabxanaya Çexiya Parlamentinin senatoru Martin Tesarjik tərəfindən 45, BSU-nun sıx əməkdaşlıq etdiyi Çexiyanın Ostrav Universitetinin Fəlsəfə fakültəsindən isə 200 kitab hədiyyə edilib. Bura bədii ədəbiyyat nümunələri, Çexiyanın tarixi, iqtisadiyyatı, coğrafiyası və çex dili üzrə nəşrlər, lüğətlər və ensiklopediyalar daxildir.
Açılışda BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev universitetə hər zaman yaxından kömək göstərdiyinə görə səfirə xüsusi təşəkkürünü bildirdi: “Həm çexiyalı dostlarımız, həm də biz siz tələbələrin yüksək ixtisaslı kadrlar kimi yetişməsi üçün əlimizdən gələni etməyə hazırıq. Mən çox sevinirəm ki, bizim Çexiya ilə əlaqələrimiz daha da güclənir və inkişaf edir. İnanıram ki, bu kitabxana sizin biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq”.
Hər zaman BSU tələbələri ilə görüşdən zövq aldığını bildirən Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, çexşünasların hazırlanmasında gördüyü böyük işlərdən danışdı: “İnanıram ki, fəaliyyətə başlayan kitabxana sizin biliklərinizin artmasına yardımçı olacaq”.
SÖHRAB




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info