«Azərsu»nun layihəsi beynəlxalq forumda qalib gəlib
Tarix: 21.05.2013 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


«Azərsu» ASC-nin həyata keçirdiyi «Yeraltı infrastrukturun idarə olunması – AzersuCİS» layihəsi Rotterdamda (Niderland) keçirilmiş Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda «Su resurslarının idarə edilməsi» nominasiyası üzrə I yeri tutaraq ən yüksək mükafata (Geospatial World Application Excellence-2013) layiq görülüb. «Azərsu» ASC-dən verilən məlumata görə, forumda coğrafi informasiya sistemlərini tətbiq edən 80-dən çox ölkənin layihəsinin təqdimatı keçirilib.
Tədbirdə «AzərsuCİS» layihəsini təqdim edən «Azərsu» ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları Departamentinin rəisi Samir Qənili bildirib ki, bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda, içməli su, çirkab suları, eləcə də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.
Layihələrin qiymətləndirilməsi zamanı digər məsələlərlə yanaşı, tətbiq olunacaq yeniliklər, layihələrin faydası da əsas götürülüb və «AzərsuCİS» layihəsi qalib elan edilib.
Layihəyə əsasən, içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılacaq, hər bir bina üzrə nömrələnmə aparılacaq. Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha operativ həyata keçirilməsinə imkan verəcək. Bununla da içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq.
Qeyd edək ki, «AzersuCİS» layihəsi 2012-ci ildə «İlin mühəndislik layihəsi» adına da layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info