2018-ci ildə “Brexit” ilə bağlı nələr gözlənilir?
Tarix: 02.01.2018 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


2017-ci ildə “Brexit”-in gedişatında baş verən bütün hadisələr qeyri müəyyən idi və qabaqcadan proqnozlaşdırmaq mümkün deyildi. 2018-ci ildə politoloqlar prosesin daha sistematik işləyəcəyini düşünürlər.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə “Brexit” prosesində gözlənilən ilk şey Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallıq arasında, ikincinin çıxarılmasına dair rəsmi raport verilməsi və hüquqi müqavilənin imzalanmasıdır. Bu müqavilədə İrlandiya sərhədinin tənzimlənməsindən başqa bütün detalların öz əksini tapacağı gözlənilir. Yanvar ayının sonunda “Brexit”dən sonrakı keçid dövrünün təyin edilməsi rəsmi müzakirələrdə öz əksini tapacaq. Lakin keçid dövrünün xüsusilə biznesmenlər üçün kifayət olmayacağı düşünülür, çünki yeni dünyaya hazırlaşmaq bir o qədər də asan görünmür.
Fevral ayının əvvəllərində Baş nazir Tereza Meyin “Brexit” ilə bağlı geniş miqyaslı çıxışı gözlənilir. Ticarət və təhlükəsizlik məsələləri haqqındakı danışıqlar aprel ayından tez başlamayacaq.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə oktyabr ayına qədər bütün məsələlərdə artıq razılıq müqaviləsinin əldə edilməsində israrlıdır. Çünki, 2019-cu ilin mart ayına qədər, hansı ki, Britaniya rəsmi olaraq Aİ-dən ayrılacaq, müqavilənin yenidən gözdən keçirilməsi üçün vaxt lazım olacaq.
2018-ci ildə “Brexit” Birləşmiş Krallıqdan böyük miqdarda siyasi iradə və enerji tələb edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info