Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir
Tarix: 21.05.2013 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq təşkilatların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında deyilir.
AMB tərəfindən aparılan Real Sektorun Monitorinqinin (RSM) nəticələrinə görə, ilin 3 ayında Biznes İnam İndeksi3 (Bİİ) yaxşılaşıb. Buna səbəb sənayedə istehsalın, ticarətdə isə satışın artmasıdır. Eyni zamanda, monitorinq iqtisadi aktivlik üzrə gözləntilərin optimist olduğunu göstərir.
Belə ki, RSM-in nəticələrinə əsasən, ilin əvvəlindən xidmətə tələb və ticarət üzrə satış gösləntisi indeksi artıma meyillidir. Pozitiv gözləntilər, eyni zamanda, sənayenin qida, tikinti materiallarının istehsalı və toxuculuq alt seksiyalarında, ticarətin isə mebel, elekrtik məişət avadanlıqları seqmentlərində müşahidə edilib.
Gözləntilərin belə pozitiv olması sənayedə realizə olunmamış izafi mal ehtiyatının azalmasında da özünü biruzə verib. Ümumilikdə, AMB tərəfindən aparılan RSM nəticələri son aylar istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayının yüksəldiyini və bu artımın dayanıqlı olduğunu göstərir.
Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı açıqladıqları son iqtisadi xülasələrində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə müvafiq olaraq 4,1 faiz və 3,1 faiz təşkil edəcəyini proqnozlaşdırırlar.
İcmalda deyilir ki, AMB tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən, iqtisadiyyatda qiymət gözləntilərində əhəmiyyətli artımlar yoxdur. 2013-cü ilin birinci rübündə sənaye, tikinti və xidmət sektorunda neytral qiymət gözləntisi müşahidə olunub. Ticarət sektoru üzrə fəaliyyət göstərən müəssisələr isə növbəti 3 ay ərzində qiymətlərin azalacağını gözləyirlər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info