Litvada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib
Tarix: 04.01.2018 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan Cəmiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilən bayram tədbiri keçirib.
“Azəri” Cəmiyyətinin rəhbəri Əliağa Məmmədov tədbirdə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması tarixindən danışıb. Diaspor rəhbəri vurğulayıb ki, xalqımız hər il dekabrın 31-ni ən əziz bayram kimi qeyd edir. Bir çox dəyərləri ehtiva edən bu gün ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Əliağa Məmmədov qeyd edib ki, hər bir azərbaycanlı, ilk növbədə, yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməli, onun inkişafına öz töhfəsini verməlidir.
Tədbirdə Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycanın nüfuzunun dünyada artırılmasına mühüm töhfə verən azərbaycanlılardan danışılır. Nəşrə dünyanın beş qitəsindən fəal həmvətənlərimizin 173 müsahibəsi daxil edilib.

Əkbər




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info