Bayram günlərində elektrik enerjisi ilə təchizatda heç bir problem olmayıb
Tarix: 04.01.2018 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizatda heç bir problem olmayıb. “Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə əsasında ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin bilavasitə nəticəsidir.
“Azərişıq” ASC bayram günləri ərzində gücləndirilmiş iş rejimində işləyib və elektrik enerjisi ilə təchizat baxımından problemlərlə bağlı daxil olan bütün müraciətlərə çevik reaksiya verib. Bayram günləri ərzində “Azərişıq” ASC-nin 199 saylı “Cağrı mərkəzi”nə 48 fərdi müraciət daxil olub. Əməkdaşlar operativ qaydada həmin ünvanlara baş çəkərək, müraciətlər əsasında lazım olan tədbirləri görüblər. O cümlədən bayram günləri ərzində ölkənin qış turizmi bölgələrində elektrik enerjisi təchizatının fasiləsiz təmin edilməsi üçün bütün ehtiyat tədbirləri görülüb. Nəticədə bu bölgələrin də elektrik təchizatında heç bir problem qeydə alınmayıb və bu da bölgələrə axın edən yerli, xarici turistlərin istirahətinin yüksək səviyyədə təmin olunmasına öz töhfəsini verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info