Cəza çəkməkdən azad edilmiş 5214 nəfər şəxsə birdəfəlik müavinət ödənilib
Tarix: 04.01.2018 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 5214 nəfər şəxsə birdəfəlik müavinət ödənilib.
Müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də 12,06 faiz artırılaraq 520 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Peşə hazırlığı kurslarında müvafiq şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, komputer texnikasının təmiri, inşaat rəngsazı, dülgər-xarat və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib.
Ümumilikdə qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, təkcə son beş ildə, yəni 2013-2017-ci illər ərzində penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfər şəxs peşə hazırlığına cəlb olunub.
Bu kursların təşkilində məqsəd penitensiar müəssisələrdən buraxıldıqdan sonra həmin şəxslərin yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına imkanlarına şərait yardılmasıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info