Moldovada daha bir siyasi qalmaqal
Tarix: 05.01.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


İqor Dodon” xarici təbliğatla” mübarizə adı verilən və Rusiya kanallarının xəbərlər və analitik informasiya proqramlarının yayımının qadağan edən qanunun ikinci dəfə də imzalamaqdan imtina etdi
Moldovanın Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. Məhkəmə bu barədə yanvarın 2-də hakim koalisiyadan olan bir qrup deputatın sorğusu üzrə qərar qəbul edib. “İnterfax” xəbər verir ki, məhkəmənin qərarı Dodonun ötən həftə Baş nazir tərəfindən təklif olunan beş nazirin və baş nazirin iki müavininin namizədliyini təkrarən rədd etməsinə əsaslanır. Ölkə qanunvericiliyinə görə, prezident namizədlikləri yalnız bir dəfə qəbul etməmək hüququna malikdir. Konstitusiya Məhkəməsi prezidentin vəzifələrinin parlament sədrinə, yaxud baş nazirə keçməsini qərara alıb. Yaxın vaxtlarda onlardan biri hökumətin yeni üzvlərinin təyin olunması haqqında fərmanları imzalayacaq. Moldovada qalmaqal bunla bitmir. Moldova parlamenti “xarici təbliğatla” mübarizə adı altında Rusiya kanallarının xəbərlər və analitik informasiya proqramlarının ölkə ərazisində yayımının qadağan edilməsi ilə bağlı qanun qəbul edib. Amma dövlət başçısı bu qanunu imzalamayıb. Ötən ilin dekabrının sonunda parlament eyni qanunu yenidən qəbul edib. Həmin qanun transsərhəd teleyayımı ilə bağlı Avropa konvensiyasını qəbul etməyən ölkələrin informasiya-analitik, hərbi və siyasi xarakterli proqramlarının yayımının qadağan edilməsini nəzərdə tutur. Rusiya həmin konvensiyanı ratifikasiya etmədiyindən qəbul edilən qanun avtomatik olaraq bu ölkənin kanallarına da şamil olunur. Qanun əyləncəli proqramları qadağan etmir. İqor Dodon dünən həmin qanunu imzalamaqdan ikinci dəfə imtina edib. Moldova lideri bildirib ki, Konstitusiya Məhkəməsinə müraciət edərək həmin qanuna baxmasını xahiş edib: “Təbliğatla mübarizə adı verilən qanunla bağlı mövqeyimi yenə də təkrarlayıram. Mənim fikrimcə, qəbul edilən bu qanun demokratiya prinsiplərinə uyğun gəlməyərək, konstitusiya və Avropa konvensiyaları ilə təminat verilən insan hüquqlarının əsasına ziddir. Qanun azad söz, azad mətbuat, azad fikir kimi insan hüquqlarını təməl prinsiplərini pozur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Türkiyənin güclənməsi və dünyada söz sahibi olmasını istəməyən qüvvələr var”
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info