Azərbaycan neftinin qiyməti bahalaşıb
Tarix: 05.01.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycan neftinin qiyməti son 3 ilin maksimumuna çatıb. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşaraq 70,54 dollar olub. Bu, son 3 il 1 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.
Belə ki, “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 5-də 70,60 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.
“AzəriLayt”ın bir barreli 2016-cı il yanvarın 21-də minimuma – 28,82 dollar/barrelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.
2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də dekabrda 69 dollaradək bahalaşıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barreli 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info