“Ermənistanda heç bir sahədə tərəqqi yoxdur”
Tarix: 05.01.2018 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Melkumyan:
“Biz işsizlik və miqrasiyaya görə Gürcüstan və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisədə birinciyik”

Zohrabyan:
“Faciəvi həddə çatan miqrasiya və ərzaq məhsullarının qiymətlərinin yüksək sürətlə artması fəlakətə səbəb olacaq”

“Biz işsizlik və miqrasiyaya görə Gürcüstan və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisədə birinciyik”. Bu fikirləri “Armenianreport” saytına açıqlamasında "Tsarukyan" blokundan olan deputat Mikael Melkumyan bildirib.
Sayt əməkdaşının “hazırda sosial və iqtisadi vəziyyətin ağırlığı ölkədə ictimai partlayışa gətirib çıxara bilərmi?”-sualına erməni deputat ölkədə yoxsulluq səviyyəsinin çox yüksək olduğunu, əmək miqrantlarının böyük axınla ölkəni tərk etdiyini xatırlatsa da, Ermənistanda ciddi sosial iğtişaşlar üçün heç bir xüsusi şərt olmadığını bildirib: “Təbii ki, Ermənistanın “göstəriciləri”ni qonşu Gürcüstan və ya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisə etsək, ən mənfi olanlar bizdədir. Bu gün ölkədə yaranmış vəziyyətin həllində və ya azaldılmasında xeyli problemlər var”-deyən Melkumyan, mövcud sosial və iqtisadi vəziyyətin iqtisadiyyata, Ermənistanda əmək məhsuldarlığına mənfi təsir göstərəcəyini söyləyib. Qeyd edək ki, Ermənistanda 2018-ci il dövlət büdcəsinə əsasən onun kəsiri 4 faiz olacağı ehtimal edilir. Bununla yanaşı, inflyasiya fonunda, ölkədə maaş, pensiya və müavinətlərin artırılması nəzərdə tutulmur. Bundan əlavə, Ermənistanın dövlət borcu 2017-ci ildə 6 milyard 813 milyon dollar olmuşdusa, 2018-ci ildə bunun 7 milyard 209 milyon dollardan da çox olacağı gözlənilir. “Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zohrabyan isə “News.am” saytına bildirib ki, Ermənistanda sosial-iqtisadi vəziyyət ağırlaşır. Erməni siyasətçi əlavə edib ki, mövcud vəziyyət hər an əhalinin küçələrə çıxmasına və sosial partlayışlara səbəb ola bilər: “Ermənistanda ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bunun axırının necə olacağını demək çətindir. Çünki bu ölkədə tərəqqinin qeydə alındığı hər hansı sahənin adını çəkmək çətindir. Mühacirət səviyyəsi yüksəlib, yoxsulluq və işsizliyin səviyyəsi də sürətlə artır”. Deputat bildirib ki, Ermənistanda miqrasiya faciəvi həddə çatıb və ölkədə ərzaq məhsullarının qiymətlərinin yüksək sürətlə artması fəlakətə səbəb olacaq.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info