Bakı Dövlət Peşə Təhsili Mərkəzi şagird qəbuluna başlayır
Tarix: 05.01.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Peşə Təhsili Mərkəzi (BDPTM) texnika və texnologiyalar üzrə şagird qəbuluna başlayır. BDPTM-dan bildirilib ki, mərkəzdə elektrik və elektronika sahələrində innovativ və müasir təhsil proqramı tətbiq edilir. Belə ki, burada 9-11-ci sinif şagirdlərinə müasir texnologiya və metodik üsullarla müxtəlif ixtisaslar üzrə elektronika avadanlıqlarının və cihazlarının təmir qaydaları öyrədilir. Mərkəzin məzunları attestat, beynəlxalq dərəcəli sertifikatlaşdırma şirkətlərinin Təhsil Nazirliyində qeydiyyatdan keçmiş sertifikatları ilə təmin olunurlar. Onlar həmin sertifikatlarla dünyanın istənilən yerində işləmək, iş yeri açmaq hüququ qazanırlar.
BDPTM-nin müəllimləri Azərbaycanın elektronika sahəsində ixtisaslaşmış ali təhsil ocaqlarında dərs keçən professor və dosentlər, xarici şirkətlərdə çalışmış təcrübəli peşəkarlardır.
Müvafiq sahədə ixtisaslaşan şagirdlər zavod və fabriklərdə, eləcə də müxtəlif şirkətlərdə istifadə edilən hər növ elektronika sistemlərinin sazlanmasını, təmirini və servisini həyata keçirirlər. Azərbaycanda elektrotexnikanın yeni inkişaf etdiyini nəzərə alsaq, bu sahəni bilən mütəxəssislər olduqca azdır. Belə ki, BDPTM-ni seçən şagirdlər gələcəkdə xəstəxana, klinika və poliklinikalarda istifadə edilən hər növ tibbi elektronika cihazlarının təmirini, servisini, proqram təminatını həyata keçirən mütəxəssislər kimi yetişəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info