Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsinə media dəstəyi vacibdir
Tarix: 05.01.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 2017-ci ildə Özbəkistan mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsi keçirilib.
Qeyd edək ki, 2017-ci ildə jurnalistlər arasında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsi elan olunub, müsabiqədə 3 nominasiya üzrə “Azərbaycan və Özbəkistan əməkdaşlığı: qədimdən müasir dövrədək”, “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və müalicəvi turizm” üzrə məqalələr qəbul edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı, habelə 2017-ci ildə Azərbaycan-Özbəkistan dostluğunu fəal təbliğ edən yerli jurnalistlərə fəxri fərmanlar və pul mükafatları verib, onları bu uğur münasibətilə təbrik edib.
Mükafat alanlar arasında Özbəkistanın tanınmış jurnalistləri - Maqsad Caxangirov, Lola Raxmanboeva, Obidcon Şofiyev, Rimma Sabircanova, Qamaraddin Şayxov, Yuriy Kortsunsov, Tulkin Eşbekov, Boris Babayev, Sobircan Yoqubov, Mixail Dovlatov və başqaları da olub.
Azərbaycandan isə “Palitra” qəzeti iki ölkə arasında dostluq əlaqələrinin, AMM-nin çoxsaylı layihələrinin təbliği sahəsindəki fəaliyyətinə görə qəzetin əməkdaşı Tural Tağıyev fəxri diploma layiq görülüb. Təbii ki, məsafə uzaqlığına görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əməkdaşımız iştirak edə bilməyib. Bu səbəbdən də bu gün Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı fəxri diplomu redaksiyamıza təqdim edib.
Qeyd edək ki, Özbəkistan Azərbaycan kimi bütün sahələrdə və istiqamətlərdə dinamik inkişaf edən bir türk dövlətidir. Bu ölkə zamanla ayaqlaşaraq Azərbaycanla dostluq, əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük diqqət yetirir və yola saldığımız ildə də Azərbaycanla münasibətlərdə inkişaf nəzərə çarpdı. Zaman göstərir ki, Özbəkistan-Azərbaycan münasibətləri böyük perspektivə malikdir, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Dövlətlərarası münasibətlərin əsasında əsrlərin dərinliklərindən gələn, iki ölkə xalqlarını birləşdirən möhkəm dostluq və qardaşlıq əlaqələri, mədəniyyətlərin, dilin, dinin və ənənələrin yaxınlığı, tarixən yaranmış mənəvi və bəşəri dəyərlərin ümumiliyi dayanır. Son illərdə isə Özbəkistan və Azərbaycan münasibətlərinin inkişafı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimizin diqqətindən kənarda qalan əməkdaşlıq sahəsi yoxdur. Azərbaycan bu gün də Mərkəzi Asiyanın qəlbində yerləşən, iqtisadi və strateji xarakterli böyük imkanlara malik olan Özbəkistanın mövcud potensialından istifadə etməkdə maraqlı olduğunu göstərir. Hər iki ölkənin strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrinin inkişafında təbii ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də öz payı var. Bütün bunları nəzərə alaraq 2017-ci ildə iki ölkə arasında dostluq əlaqələrinin, AMM-nin çoxsaylı layihələrinin təbliği ilə bağlı fəallıq göstərərək məlumatları operativ şəkildə işıqlandırdıq, müsahibələrlə dəstək olmağa çalışdıq. Özbəkistanla bağlı təbliğatda, eləcə də iki ölkə arasında olan münasibətlərin işıqlandırılmasında bundan sonra fəal iştirak edəcəyik, AMM-ə dəstək göstərib, gələcək layihələrinin də təbliğində aktiv olacağıq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info