“2018-ci ildə Azərbaycan yeni uğurlar qazanacaq”
Tarix: 06.01.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev:
“Azərbaycanda ictimai, siyasi sabitliyin mövcud olması ölkəmizin bir çox siyasi və mədəni tədbirlərə ev sahibliyi etməsinə imkan yaradır”

Ötən il ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələr üzrə uğurlara imza atdı. Azərbaycan dövləti tərəfindən yürüdülən düzgün siyasət bu nailiyyətlərin əldə olunmasına rəvac verib. Dövlətin həyata keçirdiyi bu işlər 2018-ci ildə də böyük uğurların olacağına ümid verir. Politoloq Ramiz Alıyev 2018-ci ildən gözləntilərini bizimlə bölüşdü.
O dedi ki, Prezidentin apardığı siyasət nəticəsində 2018-ci il Azərbaycana yeni uğurlar qazandıracaq: “Bunu deməyə kifayət qədər əsaslar var. Bu məqamları tək biz demirik, ölkəmizdə səfərdə olan xarici ölkələrin rəhbərləri və nümayəndələrinin, eyni zamanda ölkəmizə gələn xarici turistlərin fikirləri də belədir ki, Azərbaycan günü-gündən daha da inkişaf edir və çiçəklənir. Buna təsir edən, əlbəttə ki, bir neçə əsas amil var; insanlarımızın qonaqpərvərliyi, zəngin tariximizin olması, demokratik, suveren bir dövlət olmağımız, siyasi sabitlik, ölkədə ictimai təhlükəsizliyin ən yüksək səviyyədə olması, yüksək səviyyəli türistik məkanların insanların istifadəsinə verilməsi, güclü iqtisadiyyatımızın olması, ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin uğurla təşkil olunması və s”.
Ramiz Alıyev ötənilki uğurlarımızı da xatırladaraq, 2018-ci il üçün böyük gözləntilərin olacağını bildirdi: “2017-ci ilin son aylarında tək regionun deyil, bütün dünyanın diqqətini özünə cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu və bu layihə Azərbaycanı bir daha dünyanın diqqətində saxladı. Avropa ölkələrinin, demək olar ki, hamısı bu layihənin belə sürətlə və keyfiyyətlə həll olmasına təəccüblənmişdi. Prezidentin rəhbərliyi ilə həyata keçirilən və dünyanın hər bir bölgəsində maraqla qarşılanan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2018-ci ildə Azərbaycan və layihədə iştirakçı olan digər ölkələr üçün xeyli miqdarda gəlirlər gətirəcək. Bu dəmir yolu xətti ölkəmiz üçün yalnız iqtisadi gücün artması deyil, həm də siyasi gücümüzün artması ilə yadda qaldı və daha da artıracaq siyasi gücümüzü. Digər böyük layihələrdən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi və “Trans-Adriatik” (TAP) layihələrini də qeyd etmək lazımdır. Yaxın aylarda, yəni 2018-ci ilin ortalarında TANAP layihəsinin istifadəyə verilməsi baş tutacaq və bununla da ölkəmiz daha böyük bir layihənin istifadəyə verilməsi ilə dünyanın gündəmində olacaq. Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində “Cənubi Qafqaz” boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Fikrimcə, 2018-ci ildə baş tutacaq bu cür tədbir və layihələrin təşkili hər bir azərbaycanlını sevindirməlidir”. O hesab edir ki, qlobal layihələrlə yanaşı, Prezidentin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması da ölkəmiz və dövlətimiz üçün əlamətdar tarixi hadisə olacaq: “Bildiyimiz kimi, Azərbaycan idman ölkəsidir və bu il də ölkəmizdə Beynəlxalq əhəmiyyətli idman yarışları təşkil olunacaq. Belə ki, iyun ayında Azərbaycanda beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing" növü üzrə Dünya Çempionatı keçiriləcək. Bundan başqa, Bakı şəhəri 15-18 mart 2018-ci il tarixlərində idman gimnastikası üzrə Dünya Kubokuna, 12-15 aprel 2018-ci il tarixlərində batut gimnastikası, tamblinq və mini batut üzrə Avropa çempionatına, 27-29 aprel 2018-ci il tarixlərində bədii gimnastika üzrə Dünya Kubokuna və 22-23 iyun 2018-ci il tarixlərində yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti - 82-ci iclası da 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək. Dünyanın daha böyük bir idman yarışı olan “Formula 1” Azərbaycan Qran-prisi 27-29 aprel tarixlərində ölkəmizdə baş tutacaq”.
Ramiz Alıyevin sözlərinə görə Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olması ölkəmizin bir çox siyasi və mədəni tədbirlərə də ev sahibliyi etməsinə imkan yaradır: “Belə ki, bu il Azərbaycan, həmçinin bir sıra mühüm siyasi tədbirlərə ev sahibliyi edəcək. 2018-ci ilin 3-6 aprelində Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək. Eyni zamanda 80-dən artıq ölkədən 300-dən çox liman nümayəndəsini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq. Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi və konfransları keçiriləcək. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan 2018-ci ildə daha da inkişaf edəcək və ölkəmiz bu cür uğurları ilə dünyanın diqqətində olacaq. Neftin qiymətinin artması ilə də ölkə iqtisadiyyatı daha da artacaq. Bu da hərbi gücümüzün artmasına gətirib çıxaracaq, ölkə ərazisində sosial layihələrin daha da genişlənməsinə şərait yaradacaq, qaçqın və məcburi köçkünlərimizin, eyni zamanda ehtiyacı olan digər insanların mənzil və məişət problemləri həll olunacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info