SOCAR istiqrazlarının nəticələri açıqlanıb
Tarix: 08.01.2018 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


SOCAR istiqrazı sahibləri 11,6 milyon dollar güzəştli kredit götürüblər.
İstiqrazların market meykeri olan “PSG Kapital” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb. Ötən il təkrar bazarda 89 min 230 SOCAR istiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. Ümumilikdə bu günədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.
2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 milyon dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR istiqrazları istiqraz bazarının 66,8 faizini təşkil edib.
Keçən il SOCAR istiqrazları təkrar bazarda ən aktiv alınıb-satılan qiymətli kağız olub. Qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5 faizi SOCAR istiqrazlarının payına düşür.
İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına səbəb olub. Ötən il istiqrazların qiyməti 1000-1023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti1 030 dollara yüksəlib.
Ötən ilin noyabrında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilib. REPO əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə (illik 3,5-4 faiz) kredit götürməyə imkan verir. Nəticədə istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman REPO əməliyyatından istifadə edərək tələbat olan vəsaiti cəlb edə bilirlər. REPO əməliyyatlarını cəlbedici edən digər cəhət faiz dərəcəsinin olduqca əlverişli olmasıdır. Belə ki, istiqrazın gəlirliyi illik 5 faiz olduğuna görə, REPO çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirlər. Məhz bu üstünlük nəticəsində istiqraz sahibləri REPO əməliyyatlarına böyük maraq göstəriblər. Qısa müddətdə SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi 11,6 milyon dolları keçib. Qiymətli kağızlar bazarındakı bütün REPO əməliyyatlarının yarıdan çox hissəsi SOCAR istiqrazlarının payına düşüb. REPO əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılıb.
2017-ci ildə SOCAR istiqrazları üzrə 4 dəfə faiz ödənilib. Yanvar, aprel, iyul və oktyabr aylarının 17-də həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 milyon dollar gəlir əldə ediblər. Bununla da SOCAR istiqrazları Azərbaycanda öz sahiblərinə dollarla ən çox gəlir gətirən qiymətli kağız olub.
2018-ci ildə SOCAR İstiqrazları sahiblərinə daha 5 milyon dollar faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq.
Nominal qiyməti 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info