Daha bir küçə əsaslı təmir olunur 
Tarix: 08.01.2018 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.Mövcud kommunikasiya xətləri bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalayacaq. Küçənin uzunluğu 1.8 km, eni isə ortalama 9 metr təşkil edir.Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür.
Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
15.11.2018
“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq”
15.11.2018
Prezident Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info