“Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”
Tarix: 08.01.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


UNEC İctimai Nəzarət Şurasının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar. Şura üzvləri millət vəkili Hikmət Babaoğlu, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Gənclər, Elm və Təhsil” departamentinin direktoru Rauf Rəcəbov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva imtahan prosesinin gedişini müşahidə etdikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.
Görüşdə millət vəkili H.Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb. A.Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edərək, sessiya dövründə “Qaynar xətt” xidmətinin İctimai Nəzarət Şurasına həvalə edilməsini də böyük etimad adlandırıb. Sessiya dövründə keçirilən “Açıq qapı” günlərində şura üzvlərinin iştirakını mühüm amil adlandıran S.Məmmədov bir görüşün tamamən onların təşkil etməsi təşəbbüsünü də alqışlayıb. Ə.Nuriyev şura üzvlərinin mütəmadi olaraq Radio UNEC-də də müraciətləri cavablandıra biləcəyini diqqətə çatdırıb. E.Əliyev yay imtahan sessiyasında 600 tələbə arasında aparılan sorğunun effektivliyindən söz açıb. UNEC-in rektorunun göstərişi ilə sorğuda qaldırılan aktual məsələlərin həll olunduğunu bildirib. Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərəcək. Üzvlər yekdilliklə Etibar Əliyevin şuraya koordinator seçilməsini təklif ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info