Rusiyalı tarixçi: “Naxçıvanda qazanılan uğurlara gərgin əmək və böyük zəhmət hesabına nail olunub”
Tarix: 08.01.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Naxçıvanın havası təmiz, insanları qonaqpərvər və mehribandırlar. Ancaq burada mənim ən çox diqqətimi cəlb edən infrastrukturdur. Naxçıvanda müasir infrastruktur qurulub, çox rahat avtomobil yolları var. Gördüyüm bütün kəndlər rahat yolları, yeni məktəb və inzibati binaları ilə göz oxşayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov deyib.
O qeyd edib ki, muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində atılan addımlar strateji xarakter daşıyır. Qazlaşdırmanı da bura əlavə etsək, həm enerji sahəsində, həm də insanların yaşayış səviyyəsinin yüksəldilməsi baxımından Naxçıvan nümunəvi regiondur. Aydın məsələdir ki, qazanılan bu uğurlara gərgin əmək və böyük zəhmət hesabına nail olunub.
“Bundan əlavə, yeni ili burada qarşıladığımdan bir neçə dəfə şəhəri gəzmək imkanım oldu. Naxçıvan şəhərində çox sayda iaşə obyektinin olması diqqətimi cəlb etdi. İnsanlar öz ailələri ilə rahat şəkildə bu cür yerlərə gəlirlər. Şahidi oldum ki, qonşu İran İslam Respublikasından yeni ili burada qeyd etmək üçün xeyli gələnlər var. Bunlar nəyin göstəricisidir? İlk olaraq sabitliyin və təhlükəsizliyin”, - deyən Oleq Kuznetsov qeyd edib ki, sərhəd ölkələrdən gələn və ya əks istiqamətdə hərəkət edən avtomobil karvanları da Naxçıvandan keçir. Bu, o deməkdir ki, qədim diyardan keçmək onlar üçün maliyyə baxımından daha sərfəlidir və burada təhlükəsizlik tam təmin olunub. Bu baxımdan rusiyalı tarixçi Naxçıvanın Cənubi Qafqazda ən təhlükəsiz diyar olduğunu vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info