Quş əti alarkən diqqət edin
Tarix: 21.05.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Əhalinin yüksək bioloji dəyərli qida məhsulları ilə təmin olunmasında quş əti böyük əhəmiyyətə malikdir. Quş əti mineral maddələr və vitaminlərlə zəngindir. Ev quşları içərisində ən çox istifadə edilənləri toyuqlar, hind toyuğu, qaz və ördəklərdir.
Quş əti quşun növündən, yaşından və köklüyündən cəmdəyin texnoloji emal üsullarından və keyfiyyətindən, termiki vəziyyətindən və təzəlik dərəcəsindən asılı olaraq qruplaşdırılır. Standarta əsasən, ticarət şəbəkəsində quş cəmdəyinin kütləsi 480 qramdan az olmamalıdır.
Emalından asılı olaraq quş cəmdəkləri yarımtəmizlənmiş və təmizlənmiş halda olur.
Təmizlənmiş quş cəmdəklərindən bütün daxili üzvləri, başı (boyun ilə) və ayaqları kəsilib atılır. Bu zaman qarnının aşağı hissəsində yağı çıxarılmır, böyrəklərinin və ağ ciyərinin cəmdəkdə qalmasına yol verilir. Təmizlənmiş quş cəmdəyi içalat və boyun komplekti ilə birlikdə buraxıldıqda təmizlənmiş qaraciyər, ürək və boyun sellofana və ya polimer pərdəyə bükülərək qarın boşluğuna qoyulur.
Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə görə 2 kateqoriyaya ayrılır. Birinci kateqoriya cavan broyler cəmdəyinin əzələləri çox yaxşı inkişaf etmiş, döşün forması girdə, qarın nahiyəsinin aşağı hissəsində dərialtında yağ toplanmış olur. Döş sümüyünün tili nəzərə çarpmır. İkinci kateqoriyaya quş cəmdəklərinin əzələləri tam kafi inkişaf etmiş, döş sümüyü tili döş əzələləri ilə çöküksüz bucaq əmələ gətirir, dərialtı yağı olmur, döş sümüyünün tili nəzərə çarpa bilər.
Ev quşlarının əti ən azı ikinci kateqoriya üçün nəzərdə tutulan tələblərə cavab vermirsə, onu ticarət və kütləvi iaşəyə buraxmaq qadağandır. Ona görə də quş əti alarkən bu əlamətlərə fikir verilməlidir.
Termiki vəziyyətdən asılı olaraq quş əti temperaturu 250 C-dən çox olmamaq şərti ilə soyumuş, 0-40 C-yə qədər soyudulmuş və mənfi 80 C-yə qədər dondurulmuş olur.
Quş əti ticarət şəbəkəsinə bükülmüş və bükülməmiş buraxıla bilər. Bükülməmiş halda buraxıldıqda cəmdəklər elektrodamğa vasitəsilə markalanır və ya etiket yapışdırılır. Növünü müəyyən etmək üçün köklük kateqoriyasından asılı olaraq quş cəmdəyinin bir ayağına və hindtoyuğunun isə cəmdəyinin hər iki ayağına 1 və ya 2 rəqəmi həkk olunur.
Quş ətinin soyudulması və soyudulmuş şəraitdə saxlanılması onun keyfiyyətinin qorunması baxımından ən mütərrəqi üsuludur. Çünki bu zaman mikroorqanizmlərin həyat fəaliyyəti və fermentlərin fəallığı zəifləyir, eyni zamanda tərkibində gedən kimyəvi və biokimyəvi dəyişikliklər minimuma enir. Quş ətinin soyudulma müddəti yavaş soyutduqda 12-24 saat, tez soyutduqda 2-6 saat davam edir. Subməhsulları ayrıca, xüsusi qaydada hazırlanmış kamerada soyudulur. Yavaş soyudulma zamanı subməhsulları 24 saata, tez soyudulduqda 2 saata soyudulur.
Soyudulmuş ətin saxlanılması üçün istifadə ediləcək kameralarda havanın temperaturu 0 -1,50 C, nisbi rütubət 85-90% olmalıdır. Yarımtəmizlənmiş quş əti müvafiq temperaturda 10-12 gün, təmizlənmiş quş əti isə 5-10 gün saxlanıla bilər. Çox soyudulmuş quş ətini 20 C-də 17-20 gün saxlamaq olar.
Soyudulmuş əti uzun müddət saxlamaq mümkün olmadığına görə onu dondururlar. Soyudulmuş və 0-40 C-də 6-7 gün saxlanılmış əti dondurmaq məsləhət görülmür.
Quş əti olan yeşiklər və karton qutular dondurucu kamerada şahmat şəklində yığılır. Quş ətinin növündən asılı olaraq dondurulma müddəti yavaş dondurmada 28-35 saat, intensiv dondurmada 18-20 saat, sürətli dondurmada isə 4-5 saatdır. Pərakəndə satış müəssisələrində soyudulmuş quş ətini 0-20 C-də 3 gün, subməhsullarını isə 4 gün saxlamaq olar.
Hörmətli istehlakçılar qeyd olunanları nəzərə alaraq ticarət obyektlərindən quş ətini alarkən, onun saxlanma şəraitinə, düzgün markalanmasına, yararlılıq müddətinin ötüb-ötmədiyinə diqqət edin. Kənar qoxuya malik olan quş ətini almayın.
Analoji məhsulların antisanitar şəraitdə satıldığına rast gəldikdə dərhal aidiyyəti orqanlara müraciət edin.
Təqdim etdi: İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info