Zaqatalada ət, süd, yumurta və yun istehsalı artıb
Tarix: 09.01.2018 | Saat: 12:14:00 | E-mail | Çapa göndər



Cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə Zaqatala rayonunda heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, ötən il rayonda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 124 ton artaraq 9268 ton olub. Rayonun şəxsi və fermer təsərrüfatlarında 43 min 494 ton, yəni, əvvəlki ildəkindən 126 ton çox süd istehsal olunub. Ötən il rayonda yumurta istehsalı əvvəlki illə müqayisədə 259 min ədəd artaraq 21 milyon 640 min ədəd olub. Yun istehsalı isə 2 ton artıb.
Bu barədə AZƏRTAC-a Zaqatala rayon statistika idarəsindən məlumat verilib.
Rayonun Yeni Suvagil kəndində fəaliyyət göstərən sahibkar Razaq Rəsulova məxsus qoyunçuluq təsərrüfatı da ötən ili uğurlu göstəricilərlə başa vurub.
Sahibkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, hazırda təsərrüfatda 1100 baş qoyun-keçi var. Ötən il alıcılara 500 başdan çox xırdabuynuzlu heyvan satmağa müvəffəq olub. Bundan əlavə, 2017-ci ildə təsərrüfatda 2,5 ton pendir, həmçinin 2 tona yaxın yun istehsal olunub. Keçən il gəlirlərinin xeyli artdığını vurğulayan sahibkar aqrar sahənin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azeri Light”ın bir barreli 67,81 dollara satılır
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info