Qafqaz bölgəsi təhsil sistemi ilə bağlı gələcək strategiyasını indidən müəyyənləşdirməlidir
Tarix: 21.05.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Bakıda Qafqaz Universitetləri Birliyinin (KUB) III konqresi keçirildi. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirdi ki, bu qurumun fəaliyyəti bölgənin təhsil sisteminin inkişafı ilə yanaşı, region xalqlarının inteqrasiyasına da xidmət edəcək. Nazir qeyd etdi ki, bölgə ölkələrinin zəruri hesab etdiyi kadr siyasəti də bu qurumun həyata keçirdiyi proqramlar sayəsində öz həllini tapa bilər. Təşkilat gələcəyə yönəlik layihələr həyata keçirməklə, kadr ehtiyacını azaldacaq.
Nazir çıxışında onu da bildirdi ki, Azərbaycan beynəlxalq universitetlərlə əməkdaşlığın davam etdirilməsində maraqlıdır: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrin hazırkı sayı 1200-ə yaxındır. Bu tələbələrin bütün xərclərini dövlət ödəyir”. Nazir bildirdi ki, Azərbaycanda müxtəlif sahələr üzrə kadrlara ehtiyac hələ də var və yaxın 15 il ərzində də hansı sahələrdə kadrlara ehtiyacın olacağı müəyyənləşməlidir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan beynəlxalq universitetlərlə əməkdaşlıq şəraitinin davam etdirilməsində maraqlıdır: “Bu proqram Heydər Əliyev siyasətinin davamıdır. 1990-cı ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfə Heydər Əliyev tərəfindən Naxçıvandan 100-ə yaxın tələbə Türkiyəyə təhsil almaq üçün göndərilib. Naxçıvanın 25 il blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Dövlət Universiteti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Orda dünyanın bir neçə ölkəsindən 200-ə yaxın tələbə oxuyur. Universitetin 75-ə yaxın beynəlxalq müqaviləsi var. Universitet həm də 5 beynəlxalq layihədə iştirak edir”.
Türkiyənin təhsil naziri Nabi Avcı bəyan etdi ki, KUB-un qurulması və fəaliyyəti təhsilin inkişafı ilə yanaşı, sülhün və stabilliyin qarantı rolunu da oynaya bilər: “Bölgə gənclərinin tarix və mədəniyyət baxımından ortaq bilik əldə etməsi və paylaşması, ortaq gələcəyin formalaşmasına təkan verə bilər”. Nazir 2013-2014-cü illərdə birliyin fəaliyyətinin uğurlu olacağına əminliyini ifadə etdi: “Qafqaz regionunda 10 ölkədən 60 ali məktəbin təhsil strategiyası ilə bağlı səylərini birləşdirməsi bölgənin gələcəyi üçün mühüm rol oynayacaq”. O bildirdi ki, Qafqaz Universitetləri Birliyi bölgə ali məktəblərinin əməkdaşlığı ilə yanaşı, regional təhlükəsizlik və stabillik üçün zəruridir”. N. Avcı qeyd etdi ki, Qafqaz bölgəsi təhsil sistemi ilə bağlı gələcək strategiyasını indidən müəyyənləşdirməlidir. Bu, dünyada stabilliyə öz töhfəsini verəcək.
Gürcüstan təhsil nazirinin müavini David Zurabişvili, KUB-un sədri Ramazan Korkmaz, Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya və digər natiqlər də qurumun əhəmiyyətindən, bu çərçivədə əməkdaşlığın xalqların və bölgənin inkişafına verəcəyi töhfələrdən söhbət açdılar.
Tədbir çərçivəsində KUB-da təmsil olunan universitetlər arasında əməkdaşlığa dair saziş imzalandı.

Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüş

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çətinsaya ilə görüşüb. Görüşdən sonra brifinq keçirən M. Cabbarov deyib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb: “Türkiyə ilə isti qardaşlıq münasibətlərinin davamı olaraq təhsil sahəsində də bu prosesin inkişafı haqqında müzakirələr aparmışıq. Azərbaycanlı tələbələr Türkiyədə, türkiyəli tələbələr isə Azərbaycandakı ali məktəblərdə təhsil alırlar. Bu baxımdan, görüşümüzün müzakirə mövzusu geniş əhatəli olub və prosesin bütün istiqamətləri müzakirə edilib”. G. Çətinsaya isə açıqlamasında tələbə mübadiləsi və tədris prosesinin davam etdirilməsində qarşıya çıxan bütün problemlərin aradan qaldırıldığını söyləyib.

“Son zəng”in keçirilməsi ilə bağlı lazımi işlər görülüb”

Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərdə “Son zəng”in keçirilməsi ilə bağlı lazımi işlər görülüb. Onun sözlərinə görə, “Son zəng” gənclərin xoş emosiyalarla yaddaqalan günlərindən biridir: “Biz özümüz də orta məktəb şagirdi olmuşuq. Ona görə də hər bir dövlət məmurunun, Təhsil Nazirliyinin, yerli təhsil şöbələrinin rəhbərlərinin, məktəb direktorlarının işi bundan ibarətdir ki, gənclərimizin yaddaşında “Son zəng” xoş xatirələrlə qalsın”.
Nazir bildirib ki, rəhbərlik etdiyi qurum aidiyyəti təşkilatlarla birgə bu prosesi uğurla həyata keçirmək üçün zəruri işləri davam etdirir.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info