Naxçıvanda meşəsalma və meşəbərpa işləri aparılıb
Tarix: 09.01.2018 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Ötən il muxtar respublika ərazisində ekoloji mühitin qorunması və bərpası sahəsində görülən işlər davam etdirilib. Yaşıllaşdırma aylıqları çərçivəsində 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 455 mindən çox ağac və gül kolu əkilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əkilən ərazilərin 200 hektarını yeni meyvə bağı və yaşıllıqlar, 20 hektarını üzüm bağı, 17 hektarını badam bağı təşkil edib. Meşə fondu sahələrindən 6 min 400 kubmetr quru oduncaq kütləsi tədarük edilərək hərbi hissələrə verilib. Həmçinin bu dövrdə muxtar respublikanın torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış 520 mindən çox meşə və meyvə tingi, həmişəyaşıl ağac, gül və bəzək kolları yetişdirilib.
Ətraf mühitin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər aparılıb. Bundan başqa, əhalinin istifadə etdiyi içməli və təsərrüfat sularının mövcud standartlara uyğunluğunun nəzarətdə saxlanılması məqsədilə 65 monitorinq keçirilib, su nümunələri götürülərək təhlil olunub. Yay-qış otlaqlarının, biçənək və örüşlərin, digər torpaq ehtiyatlarının geobotanik tərkibinin, münbitliyinin qorunması, bərpa edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq tədbirlər davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info