Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək
Tarix: 09.01.2018 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyadan biznesə” gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi adlı layihənin təlimlərinə yekun vurulub. Qeyd edək ki, layihənin rəhbəri Həsənağa Hüseynovdur. Layihə çərçivəsində Bakı şəhərində üç peşəkar biznes təlimçi və gənc sahibkar – Orxan Şahbaz, Elvin Dadaşsoy və Kənan Hüseynli tərəfindən tələbə - gənclərə ideyanı biznesə çevirməyin yolları haqqında təlimlər keçirilib. Təlimlər biznesə başlamaq üçün zəruri olan 3 əsas istiqaməti əhatə edib:
• Biznes ideyaların yaradılması (ideyanın tapılması, təhlili və seçilməsi)
• Biznes planların hazırlanması
• Öz biznesini qur! ( biznesin qeydiyyatı, zəruri işlərin planlaşdırılması və s).
Təlimlərdə çıxış edən layihə rəhbəri Həsənağa Hüseynov Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin əsas məqsədinin gənclərin biznes ideyalarını reallaşdırmaq üçün zəruri olan bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsinə dəstək olmaqla onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi olduğunu qeyd edib və iştirakçılara təlimlərin önəmi haqqında məlumat verib. O, həmçinin qeyd edib ki, layihəyə ilk gündən çox böyük maraq olub. Belə ki, öncədən verilmiş elanlar nəticəsində layihədə iştirak üçün 400-dən çox elektron müraciət daxil olub. Layihə heyəti tərəfindən bütün müraciətlərə baxılıb və layihənin məqsədinə uyğun olaraq, istək məktubu əsasında 110 nəfər tələbə-gənc təlimlərdə iştirak üçün seçilib. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.
Hər bir təlimin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb və layihənin faydalılığını daha da artırmaq məqsədi ilə layihə rəhbərinin təşəbbüsü ilə bütün təlim iştirakçılarının və eyni zamanda layihəyə maraq göstərib müraciət edən ancaq seçilməyən 300-dən çox gəncin də elektron poçtuna təlimlərin təqdimat materialları və bizneslə bağlı elektron kitablar göndərilmişdir. Sonda bütün təlim iştirakçılarına sertifikatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info