Naxçıvanda 10 yeni məktəb binası istifadəyə verilib
Tarix: 09.01.2018 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Bu gün Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi, müasir tədris metodlarının tətbiqi, təlim prosesində yeni texnologiyalardan istifadəyə geniş yer verilməsi, nümunəvi dərslərin keçirilməsi və distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına səbəb olub. Təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2017-ci ildə muxtar respublikada 10 məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, yaradılan şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşıb, şagirdlərin təhsilə marağı artıb, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşıb. Belə ki, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1735-i ali, 629-u orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Qəbul imtahanlarının nəticələrinə əsasən, 289 nəfər 500-dən yuxarı bal toplayıb. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 3-ü Prezident təqaüdünə layiq görülüb. 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplayıblar.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2017-ci ildə ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Onların da 88-i birinci siniflərdə təhsil alır. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb olunub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info