İran, Azərbaycan və Rusiya arasında regional enerji bazarı yaradıla bilər
Tarix: 09.01.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


“İran Azərbaycan və Rusiya ilə birlikdə enerji mübadiləsi üçün regional enerji bazarı yaratmaq niyyətindədir”. 
 
Bunu APA-nın Tehran bürosunun müxbirinə eksklüziv olaraq İranın Energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini Əlirza  Daimi deyib.
 
Ə.Daimi deyib ki, enerji istehsalı üçün yüksək potensial mövcuddur: “Buna görə də regional enerji bazarı yaratmağa çalışırıq. Regional enerji bazarı məsələsi hazırda Avropa ölkələri arasında mövcuddur. Mövcud vəziyyəti nəzərə alsaq, İran, Azərbaycan və Rusiya arasında da bu bazarı yaratmaq imkanları var”.
 
Ə.Daimi deyib ki, İran şimal, qərb və şərqdəki qonşu ölkələrlə yanaşı, Azərbaycanın elektrik şəbəkəsi də bir-birinə birləşdirilib: “Hazırda biz Azərbaycanla elektrik enerjisini qarşılıqlı mübadilə edirik. Əlbəttə, bu mübadilə quru sərhədlərimizin olduğu bütün qonşu ölkələrlə də həyata keçirilir”.
 
O qeyd edib ki, hazırda İranın MAPNA şirkəti Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edir. Ə.Daimi əlavə edib ki, Azərbaycan və İran arasında sərhəd çayları üzərində elektrik stansiyalarının tikintisi və bəndlərin salınması sahəsində də əməkdaşlıq var: “Xudafərin və Qız Qalası su bəndlərinin idarəedilməsi sahəsində, eləcədə iki ölkənin sərhəd çayları və su mənbələrinin bölüşdürülməsi sahəsində ölkələrimiz arasında çox sıx və misilsiz əməkdaşlıq var. Azərbaycan və İran birgə işçi qrupu yaradıb. İşçi qrup mütəmadi iclaslar keçirir və işlərin irəliləməsi üçün lazımı addımları atır. Düşünürəm ki, İran və Azərbaycan arasında sərhəd çayları və su resursları sahəsində ən uğurlu əməkdaşlıq nümunəsi  mövcuddur. İki ölkə arasında çox uğurlu və digər ölkələrə nümunə olacaq bir əməkdaşlıq mövcuddur”




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
24.09.2018
Mühacirətdəki müxaliflərin dini təbliğat aparmalarının səbəbi nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info