İnkişaf etmiş ölkələrdə yoxsulluq səviyyəsi artır
Tarix: 09.01.2018 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Fransız iqtisadçı Tom Pikettinin rəhbərlik etdiyi beynəlxalq analitik qrup dünya ictimaiyyətini şoka salan bir hesabat yayıb. «İnosmi» saytının məlumatına görə, qrup üzvləri statistik məlumatlar əsasında, inkişaf etmiş ölkələrin sosial bərabərsizlik səviyyəsinin 1913-cü ildəki səviyyəyə düşdüyünü iddia edirlər. Qərbdə bərabərsizlik artımının uzun müddət hiss olunmasına baxmayaraq, fransız iqtisadçı hesabatı sənədləşdirilmiş şəkldə təqdim edir. Qeyd edilməlidir ki, bu gün bir sıra analitiklər hesab edirlər ki, qlobal istiləşmə ilə yanaşı, bərabərsizliyin "partlayıcı" artımı insanlıq üçün başlıca təhlükələrdən biri olaraq qalır. Hər şeydən əvvəl qeyd edək ki, ötən il dekabrın 14-də aparılan araşdırmaya dünyanın 100-dən çox iqtisadçısı qatılmışdı. Onlar dünyada gəlir və sərvətin paylanması barədə məlumat bazası tərtib etdilər.
Tom Piketti "21-ci əsrdə kapital" əsərində də önə çəkdiyi mühüm nəticələrdən biri, müasir kapitalizmin "parazitar" təbiətli olmasıdır. Burada zənginləşmə məhsuldar əməyə görə deyil, kapitaldan gələn gəlir hesabına daha da sürətlə artıb. Xüsusilə son 30 il ərzində bərabərsizlik səviyyəsi (həm gəlir, həm də sərvət) artmışdır və bu, dünyanın demək olar ki, bütün ölkələrinə aiddir. Beləliklə, cəmiyyətin 10 faizi Avropada milli zənginliyin 37 faizinə, Çində 41, Rusiyada isə 46 faizinə nəzarət edir. Braziliya və Yaxın Şərqdə bu göstərici müvafiq olaraq 55 və 61 faiz təşkil edir.
ABŞ-da əmlak bərabərsizliyinin artması, xüsusilə nəzərə çarpır. Belə ki, cəmiyyətin 1 faizi milli sərvətin təxminən 40 faizinə nəzarət edir, halbuki bu göçtərici 1980-ci ildə 22 faizdən çox olmamışdı.
Hesabatın müəllifləri ən çox inkişaf etmiş ölkələrdə dövlətin sosial tənəzzülünü təqdim edir. Qərbdə əvvəllər rifahın artması nəticəsində demokratik bir cəmiyyətin əsasını təşkil edən böyük bir orta sinif formalaşsa da, indi orta sinifin azalması, bütövlükdə əhalinin vəziyyətinin pisləşməsi müşahidə edilməkdədir.
Əlbəttə ki, hazırkı Qərdəki "yoxsulluq" vəziyyəti 20-ci əsrin əvvəlləri ilə müqayisə edilə bilməz. Bu gün səhiyyədə, təhsildə, sosial təhlükəsizlikdə irəliləyiş göz önündədir. 20-ci əsrin əvvəllərində olduğu kimi, uşaqlar zibilxanalarda, insanlar küçələrdə yatmırlar. Lakin bu gün cəmiyyətin aşağı təbəqələri müasir sivilizasiyanın faydalarından istifadə edə bilmir. Odur ki,Avropa məhz sosial demokratların ənənələri sayəsində dövlət, vergilər və yenidən bölüşdürmə mexanizmləri vasitəsilə sosial bərabərsizliyi yumşaltmağa çalışır.
Təəccüblüdür ki, hətta Almaniya kimi sosial yönümlü bir ölkədə belə, bərabərsizlik səviyyəsi bu gün Birinci Dünya müharibəsindən əvvəlki dövrə dönüb. Hazırda, cəmiyyətin ən yaxşı 10 faizi milli sərvətin 40 faizinə, 50 faizi isə 100 il əvvəldə olduğu kimi, 17 faizinə malikdirlər. Araşdırmaya qatılan alman iqtisadçı Şarlotta Bartels «Bu gün Almaniyada bərabərsizlik səviyyəsinin Kayzer Almaniyası dövrü ilə müqayisə edilməsi bizim üçün də şok oldu»-deyə bildirib.
Ekspertlərin fikrincə, bu da Sovet İttifaqının dağılması və Soyuq Müharibənin sona çatması ilə baş verdi. Belə görünür ki, kommunist təhlükəsindən qorxan kapital sahibləri köhnə siyasətə qayıtdılar.
Hesabatın müəllifləri müasir cəmiyyətdə bərabərsizliyin artmasının obyektiv proses olduğunu, bunun post-sənaye və maliyyə kapitalizminin mahiyyətinə bağlı olduğunu irəli sürürlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info