“Azərtütün”ün məhsulları Rusiya, Belarus və Gürcüstana ixrac olunur
Tarix: 10.01.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Dünyada bir sıra ölkələr tütünü heç də istehlak məqsədilə istehsal etmirlər. Yəni tütün ixracından böyük gəlirlər əldə edirlər ki, hazırda dünyada 120-dən çox ölkədə tütün becərilir. Tütün istehsalının təxminən 60 faizini Vircinia tipi (flue-cured), 14 faizini Burley tipi (Air-cured), 10 faizini türk tipi (Oriental tütün - Sun-cured), 11 faizini tünd rəngli və puroluk və 5 faizini də digər tütünlər təşkil edir.
Dünyada ən çox tütün istehsal edən ölkələr Çin, Hindistan, Braziliya, ABŞ, Türkiyə, Zimbabve, İndoneziya və Malayziyadır ki, bu ölkələr ümumilikdə dünya tütün istehsalının 80 faizinin çoxuna sahibdirlər. Çin ümumi yarpaq tütünün təxminən 40 faizini istehsal edir.

Asiya ölkələrində tütün bazarı böyüyür
Dünyada təxminən 12 milyon əkinçi tütünçülüklə məşğul olur ki, bu rəqəmin 2/ 3-sini çinli fermerlər təşkil edirlər. Tütünün əkilməsindən yetişdirmə və məhsul müddətinə qədər, texnika ilə əkinçiliyin çox tətbiq edilə bilmədiyi, bu səbəbdən çox əmək tələb etdiyi üçün bu məşğulluq ilin 12 ayını əhatə edir. Tütün yarpaqları əllə yığılmaqdadır və yalnız müəyyən mərhələdə texnikadan faydalanmaq mümkündür. Bu baxımdan tütün, adətən kiçik ailə müəssisələrinə xas bir əkinçilik məhsulu olmaq xarakteri daşıyır.
Dünya tütün ixracına gəldikdə isə ilk sırada yer alan Braziliya 3.192.512 min dollar, ABŞ 1.216.730 min dollar, Zimbabve 869.882 min dollar, Hindistan 842.939 min dollar, Çin 644.424 min dollarlıq ixraca malikdir.
Qonşu Türkiyədə də tütün istehsalına mühüm yer verilir. 2016-cı ildə Türkiyə iqtisadiyyatı hazır tütün məhsulları ixracından 652 milyon dollar, yarpaq tütündən isə 358 milyon dollar qazandıb. Tütün istehlakına gəldikdə isə dünyada siqaret çəkənlərin sayının 1 milyard 100 milyon olduğu təxmin edilir. Bununla yanaşı, təxminən 346 milyon adam də tütün çeynəyir. Ən çox siqaret istehlak edən ölkə Cənubi Afrikadır ki, burada 19,8 faiz təşkil edən istehlakçıların 32,1 faizi kişi, 7,4 faizi isə qadındır. İkinci sırada 19,9 faizlə Cənubi Koreya gəlir. Üçüncü sırada 20 faizlə Birləşmiş Krallıq, daha sonra isə 20,4 faizlə İsveçrə, 20,5 faizlə Sloveniya, 20,9 faizlə Almaniya gəlir.
Ege Tütün İxracatçıları Birliyinin rəhbəri Mahmud Özgener, dünyada lider tütün istehsalçılarından olan Türkiyənin, tütün və siqaret ixracından əldə etdiyi gəlirin keçən il 1 milyard dolları aşdığını deyib. Ölkə daxilində təxminən 55 min istehsalçının bu il 90 min tona yaxın tütün istehsal etməsinin gözlənildiyini deyən Özgener bildirib ki, tütün ixracı siqaret və yarpaq tütün olmaqla iki fərqli sahəni əhatə edir. Tütün əsasən ABŞ, Belçika və Rusiyaya, siqaret isə İran, Bəhreyn, Səudiyyə Ərəbistanı və İraqa ixrac edilir. O, xüsusilə yarpaq tütünlə bağlı ixracı artırmağa çalışdıqlarını deyib. Tütünlə bağlı hazırlanan qanuna edilən dəyişiklərlə əsasən sonradan ixrac etmək şərti ilə idxalata icazə verildiyini deyən Özgener qeyd edib ki, bunun sayəsində tütün ixracı əhəmiyyətli dərəcədə artacaq. Tütün emalı müəssisələrinin mövsümə bağlı olaraq ilin 4 ayı fəaliyyət göstərdiyini deyən Özgener bildirib ki, ölkə xaricindən gətiriləcək tütünün hazırlanması ilə bağlı müəssisələr il boyu işləyəcək və bu da məşğulluğu artacaq: “Bu sektor, yarpaq tütün və siqaret olaraq iki məhsul qrupunda ixrac həyata keçirir. Bunun təxminən 65 faizi siqaretdir. Bu üsulla tütün ixracının artmasını və 50 faizlik bir tarazlığın qurulmasını gözləyirik. Tütün və tütün məhsulları sektorunda dünya miqyasında bazar strukturu dəyişməyə başlayıb. Ən böyük bazar ABŞ və AB ölkələridir, ancaq bu bazar sürətlə dəyişir. AB və ABŞ-da siqaret bazarı hər il 1,5-3 faiz nisbətində kiçilir. Digər tərəfdən isə Asiya ölkələrində bu bazar böyüyür və bir-birlərini tarazlaşdırır”.

Ötən il “Azərtütün” MMC-nin emal məntəqələrində 2,2 min ton quru tütün istehsal edilib

Göründüyü kimi dünya ölkələrinin böyük məbləğdə gəlir əldə etdiyi tütün tədarükünün ölkəmizdə də artırılması vacibdir və bu istiqamətdə tədbirlər valyuta axınına imkan yaradar.
Ötən il “Azərtütün” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələri bölgənin fermer təsərrüfatlarından 16 min 38 ton “Virciniya” növlü yaşıl tütün kütləsi qəbul edib. Mövsüm ərzində bu məntəqələrdə, ümumilikdə, 2 min 200 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 900 ton artıb.
Bu barədə AZƏRTAC-a “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov məlumat verib. Qurumun rəsmisi bildirib ki, mövsüm ərzində Zaqatala məntəqəsinə 4 min 630 ton, Qax məntəqəsinə 5 min 428 ton, Şəki məntəqəsinə isə 5 min 980 ton yaşıl tütün kütləsi daxil olub. Balakən və Oğuz rayonlarının fermerləri də yetişdirdikləri “Virciniya” növlü ətirli tütünü bu məntəqələrə təhvil veriblər. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün emalı zavoduna göndərilib. İndiyədək zavodda 1100 ton quru tütün emal prosesindən keçib və hazırda bu iş davam etdirilir. İstehsal olunan xammal satış üçün əsasən, Rusiya, Belarus və Gürcüstan bazarlarına göndərilir.
Cəmiyyətin rəsmisinin məlumatına görə, 2017-ci ildə şimal-qərb bölgəsi rayonlarında ümumilikdə 2 min hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Cari ildə isə əkin sahələrinin 2400 hektara çatdırılması nəzərdə tutulur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info