Bu il Masallıda 400 hektar sahədə çəltik əkiləcək
Tarix: 10.01.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Ötən il Masallıda 195 hektar çəltik sahəsindən 560 ton məhsul yığılıb. Bu il çəltik sahələrinin iki dəfədən çox artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2017-ci il sentyabrın 3-də Prezidentin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsində ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı aparılan müzakirələr, bu sahələrin inkişafı ilə əlaqədar dövlətimizin başçısının imzaladığı sərəncam Masallı rayonunda aqrar bölmədə çalışan fermerlərin və məhsul istehsalçılarının ənənəvi əkin sahələrinə, o cümlədən çəltikçiliyə marağı daha da artırıb. Çəltikçilik Masallı rayonu üçün yeni təsərrüfat sahəsi olmasa da, uzun müddət unudulduğundan müasir texnikalara ehtiyac yaranıb. Artıq bu ehtiyacları ödəmək üçün “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinə 6 adda müasir tipli yeni texnika gətirilib. Bundan əlavə, rayona çəltikçiliklə bağlı mini kombayın, şitil yetişdirən, şitiləkən və digər texnikaların gətirilməsi də nəzərdə tutulub. Çəltik sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün əsas şərtlərdən hesab edilən mineral gübrələrin istifadəsi də diqqət mərkəzindədir. “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinin rəhbəri Adil Həsənov bildirib ki, gübrə sarıdan indiyə kimi heç bir çətinlik olmayıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info