Alimlərə minimum əməkhaqqının 3-5 misli məbləğində əlavə maliyyə veriləcək
Tarix: 21.05.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəlsəfə doktorlarına minimum əməkhaqqının 3 misli, elmlər doktoruna isə 5 misli məbləğində əlavə maliyyə vəsaiti veriləcək. Bunu jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib.
Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq “Elm haqqında” qanunda öz əksini tapıb.
Layihədə elmin inkişafına xidmət edən bir çox maddələrin öz əksini tapdığını deyən G.Baxşəliyeva bildirib ki, “Elm günü”nün elan olunması, gənc alimlər üçün dövlət mükafatının təsis edilməsi, alimlərin sosial problemlərinin həlli bu kateqoriyadan olan insanların arzusu olub. G.Baxşəliyevanın sözlərinə görə, AMEA-nın Heydər Əliyev tərəfindən təsdiqlənmiş nizamnaməsinə əsasən, akademiyaya ölkədə elmi idarə edən mərkəzi orqan olmaq səlahiyyəti verilib. “Elm haqqında” qanun layihəsində isə bu, yoxdur. Ona görə də qanun layihəsinə də bu bənd əlavə edilməlidir: “Qanun layihəsində isə qeyd edilib ki, AMEA ölkədə əsas elmi müəssisədir. Biz maraqlıyıq ki, AMEA öz statusunu, avtoritetini qoruyub saxlasın. Çünki hazırda bütün əlaqələndirmə şuraları, onların yaratdıqları problem şuraları akademiya institutlarında cəmləşib”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info