Karen Çilingaryan: “Avrasiya İqtisadi Birliyi Ermənistandakı bahalığın səbəbkarıdır”
Tarix: 10.01.2018 | Saat: 12:21:00 | E-mail | Çapa göndər



“Ermənistanda qiymət artımının səbəbi onun Avrasiya İqtisadi Birliyinə daxil olmasıdır”. Bu fikirləri ötən gün jurnalistlərlə görüşdə Ermənistan istehlak məsləhət mərkəzinin sədri, iqtisadçı Karen Çilingaryan bildirib.

“News. am” saytına dnışan Çilingaryanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra ölkədə aksizlərə qoyulan vergi artdı. Digər üzv ölkələrdəki qiymətlərin Ermənistana nisbətən bir qədər yüksək olduğunu nəzərə alaraq, təbii ki, təşkilatın qanunlarına əsasən, aksiz vergilərinin artırılması yolu balanssızlığı aradan qaldırmaq lazım gəlib: “Təsəvvür edin ki, söhbət ən ucuz yanacaq hesab edilən sıxılmış qazdan gedir. Burada da qiymət artımı söylədiyim səbəb üzündən artır”-deyən Çilingaryan Rusiyada, Belarusiyada və Qazaxıstanda yaşayış səviyyəsinin Ermənistana nisbətən daha yüksək oldugunu bildirərək, əlavə edir ki, bu ölkələrin vətəndaşları müəyyən vəsaitləri hər hansı ehtiyacları üçün sərf etsələr də, onlarla müqayisədə bizim vəziyyətimiz fərqlidir.
Ekspertin sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması səbəbindən, üçüncü ölkələrdən Ermənistana gətirilən və idxal olunan malların qiyməti artacaq. Çilingaryan belə hesab edir ki, birliyin Ermənistana tətbiq etdiyi çərçivə səbəbindən bu gün ölkədə bir sıra məhdudiyyətlər yaranıb və bu da ən cox istehlakçıların maraqlarından irəli gəlir: "Vaxtilə Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasını iqtisadi səbəbdən daha çox siyasi səbəb tələb edirdi. Bugünkü reallıq isə budur ki. birliyə üzvlük iqtisadi cəhətdən Ermənistana heç nə vermədi”.-deyən erməni iqtisadçı birliyə üzvü olmayan Gürcüstan və Azərbaycanın da öz məhsullarını heç bir məhdudiyyət olmadan Rusiya bazarına çatdırdıgını bildirir.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Azərbaycanın media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb
22.10.2018
“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir
22.10.2018
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
22.10.2018
Rusiya ilə Ermənistan arasında böhran davam edir
21.10.2018
Erməni hakimiyyəti altındakı yeni bir “bomba”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info