“Azərbaycanda iri və güclü zavodlar fəaliyyət göstərir”
Tarix: 21.05.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Bakıda «İnterkabel» Beynəlxalq Assosiasiyasının 45-ci ümumi iclası keçirilir. Tədbirin açılış mərasimində çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkənin qeyri-neft sənayesinin inkişafından danışıb və bildirib ki, hazırda Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir: «Artıq açılmış Sumqayıt Texnoloji Parkında yaradılmış istehsal sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması prosesi gedir».
N.Səfərov onu da əlavə edib ki, ölkədə məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə artıq Sumqayıt Texnoloji Parkı (STP) yaradılıb və Azərbaycan sənaye parklarının fəaliyyətinin səmərəli təşkili üçün xarici təcrübənin öyrənilməsində maraqlıdır. Tədbirdə çıxış edən «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev Azərbaycanın qeyri-neft sənayesinin potensialından danışıb və bildirib ki, hazırda STP-də bir çox zavod və müəssisələr ən son texnologiyaları tətbiq etməklə fəaliyyət göstərir: «Bir çox zavoddan ibarət olan STP-də müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir». E.Pirverdiyev STP-də 2009-cu ilin dekabr ayından etibarən fəaliyyət göstərən Kabel Zavodu barədə də danışıb və bildirib ki, sözügedən zavod regionun ən böyük kabel istehsal edən müəssisəsi hesab olunur. Tədbirdə çıxış edən «İnterkabel» Beynəlxalq Assosiasiyasının prezidenti İzyaslav Peşkov Azərbaycanın qeyri-neft sənayesinin potensialını yüksək qiymətləndirib və bildirib ki, hazırda ölkədə müasir avadanlıqlarla təchiz olunan iri və güclü zavodlar fəaliyyət göstərir. İ.Peşkov STP-nin fəaliyyətini də yüksək qiymətləndirərək qeyd edib ki, sözügedən texnologiyalar parkı Avropanın ən iri parklarından hesab olunur. Qeyd edək ki, 4 gün davam edəcək tədbirdə ABŞ, Kanada, Avstriya, Almaniya, Macarıstan, Çexiya, Fransa, İtaliya, Niderland, İspaniya, İsveçrə, Polşa, Slovakiya, Serbiya, Belçika və Finlandiya kimi ölkələrdən şirkət nümayəndələri iştirak edir.
RASİM




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info