“Bank Avrasiya” kredit departamentinin mütəxəssisi vəzifəsinə işçi axtarır.
Namizədlər üçün irəli sürülən tələblər:
• Ali təhsil (iqtisadiyyat, hüquq və ya maliyyə-kredit sahəsində);
• Maliyyə sahəsində ən azı 1 il iş stajı;
• Kreditlərin verilməsi , təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP –nın müvafiq normatıvləri və qaydaları barədə biliklərinin olması;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
• İngilis və rus dillərini yaxşı səviyyədə bilmək ;
• MS Excel proqramında mükəmməl işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.
İşin təsviri:
• Girov reyestrlərinin aparılması;
• Sığorta reyestrlərinin aparılması;
• Qiymətləndirmə reyestrlərinin aparılması;
• Kredit işi üzrə kargüzarlıq;
• Kredit portfeli və reyestrlər üzrə hesabatların tərtibi;
• MKR hesabatların idarə olunması;
• Kredit departamenti üzrə daxili hesabatlıq.
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin ONLINE CV-ni doldurasınız.
|