“Gələcəkdə şagirdlərin xarici dildən danışıq qabiliyyəti yoxlanılacaq”
Tarix: 10.01.2018 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


“Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən 98 məktəbin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanları təşkil edib. Kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Şagirdlər ingilis dilində səsləndirilən mətni dinlədikdən sonra müvafiq suallara yazılı şəkildə cavab veriblər”.
Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və kurikulumların tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədini daşıyır: “Monitorinq imtahanları şagirdlərin belə növ imtahanlara necə hazır olmalarını müəyyənləşdirməyə imkan verir. Bu il XI sinfin buraxılış imtahanları zamanı xarici dil fənni ənənəvi test üsulu ilə aparılacaq. Gələn il isə XI sinfin buraxılış imtahanlarında xarici dildən yeni növ tapşırıqlarının istifadəsi nəzərdə tutulub. Gələn il IX sinifdən buraxılış imtahanı verəcək şagirdlər də kurikulum əsasında təhsil alıblar. Onlar da belə növ tapşırıqları bilməlidirlər. Monitorinq imtahanları ekspertlər arasında çox geniş müzakirə ediləcək və imtahan nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq”.
DİM sədri qeyd edib ki, gələcəkdə şagirdlərin xarici dildən danışıq qabiliyyətlərinin yoxlanılmasına da başlanılacaq: “Amma bu, ilk mərhələdir. Kütləvi imtahanlarda texniki nöqteyi-nəzərdən bu işləri həyata keçirmək elə də asan deyil”.
Qeyd edək ki, bu gün keçirilən monitorinq imtahanlarında Azərbaycan bölməsi üzrə 5271, rus bölməsi üzrə 771 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub – anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb. İmtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilib, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərinin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.  

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info