Azərbaycanda ilk dəfə özəl mühafizə xidməti haqqında kitab çap olunacaq
Tarix: 10.01.2018 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə özəl mühafizə xidmətinin təşkili ilə bağlı kitab çap olunacaq. Bu haqda mühafizə xidməti üzrə ekspert və kitabın müəllifi Elmar Nurəliyev “Palitra”ya məlumat verdi. O bildirdi ki, “Mühafizəçi” adlı bu kitabı nəşr etməkdə əsas məqsədi cəmiyyətin mühafizə xidmətinə inamını daha da gücləndirməkdir: “Kitab artıq hazırdır. Yaxın günlərdə işıq üzü görəcək. Bu kitabdan özəl mühafizəyə hazırlaşan insanlar yararlana biləcəklər. Kitab mühafizəçilər üçün ilkin tibbi yardım qaydaları, necə tibbi yardım göstərmək lazımdır, fövqəladə hallar zamanı hansı işlər birinci görülməlidir, yanğından mühafizə zamanı insanlarla necə rəftar etmək lazımdır, sınıq, çıxıq, açıq yara olan zaman hansı tibbi yardımı götərmək lazımdır və s. bu kimi məsələlərdən bəhs edir. Haradasa yaddaş kitabçası kimi bir kitab olacaq və mühafizəçilər bundan yararlanacaqlar. Burda ilkin tibbi yardım qaydaları, psixologiya, hüquq, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, kriminalistika, elektron informasiya təhlükəsizliyi və digər bölmələr olacaq . Mühafizəçi işləyənlər üçün bu sahədə təbliğ edilən qaydaları, praktikanı, yaxud fors-major hallarda davranış qaydaları burada əks olunacaq. Mühafizədə çalışan elə insanlar var ki, ömründə bir dəfə də olsun yanğınsöndürmə balonunu əlinə almayıb və istifadə qaydasını bilmir. Bu kitab məhz elə bir insanlar üçün nəzərdə tutulub”. 
Ekspert bir çox qaydaların bu kitabda toplandığını dedi: “Bir çox qaydalar ayrı-ayrılıqda var. Amma bütün bunların hamısı bir kitabda yoxdur. Həm ilkin tibbi yardım, həm qanunlar, nizamnamələr, həm fövqəladə hallar, yanğın zamanı rəftar və s. hamısı bir kitabda deyil. Mən də düşündüm ki, mühafizəyə hazırlaşan bir insan niyə bunun hərəsi üçün bir kitab axtarmalı tapmalı və əziyyət çəkməlidir? Ona görə bu qanunları, qaydaları topladım bir kitab halına salaraq insanların işini, belə desək, yüngülləşdirmək qərarına gəldim”. 
Elmar Nurəliyev nazirliklər tərəfindən kitaba müsbət rəylər veriləcəyinə inandığını vurğuladı: “Hesab edirəm ki, uzun müddətdir çəkdiyim əziyyətim öz bəhrəsini verəcək, müsbət rəylər veriləcək. Mən bu sahədə 10 ildir əziyyət çəkmişəm və mənim əziyyətlə oxuyub öyrəndiklərimi istəyirəm ki, insanlar asan şəkildə bir kitab oxumaqla öyrənsinlər. Önəmli olan mənim mühafizə işinə başlamaq istəyən insanlara yaratdığım rahatlıqdır. Ümidvaram ki, bu kitab hər bir insana yardımçı olacaq”.
O, kitabın elektron versiyasının da hazırlandığını qeyd etdi: “Burada qeyd etdiyim bölmələr üzrə testlər olacaq; keçid balı, əla, kafi. Burada mühafizəçilər öz biliklərini də yoxlaya biləcəklər”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info