“Azərbaycan nanotexnologiyalardakı yeniliklərin müəllifi olmalıdır”
Tarix: 21.05.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


"Avropa məkanında yeni çağırışlar: Gənc Alimlərin
Beynəlxalq Bakı Forumu" keçirilir


Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və EURODOC (Gənc Tədqiqatçılar və Doktorantların Avropa Şurası) təşkilatı tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc Alimlərin Beynəlxalq Bakı Forumu" keçirilir. Forumun keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığın inkişaf etdirilməsidir.Forumda Avropanın 32 ölkəsindən 160, Azərbaycandan isə 190 gənc alim iştirak edir.
Mayın 25-dək davam edəcək forum Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, habelə Azərbaycanın gənc alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsini nəzərdə tutur. Tədbirin açılışında çıxış edənlər müxtəlif ixtisaslar üzrə tədqiqatlar aparan gənc alimlərin təcrübə və bilik mübadiləsi aparmaları, habelə Avropanın aparıcı universitetlərin professorlarının çıxışlarını dinləmək və Azərbaycan alimlərinin elmi nailiyyətləri ilə tanış olmaq baxımından forumun əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, forum çərçivəsində “Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr” mövzusunda plenar sessiya keçiriləcək. Eyni zamanda, paralel sessiyalarda texniki elmlər, o cümlədən texnika, nanotexnologiyalar, iqtisadiyyat və sosiologiya üzrə elmin iqtisadi inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya, Yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr və digər mövzular üzrə müzakirələr aparılacaq.
Forumda çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib ki, Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir, artıq bu yeniliklərin müəllifi olmaq lazımdır: “Azərbaycan alimləri Avropa alimləri ilə əməkdaşlığı genişləndirməlidir. AMEA bu məsələdə öz dəstəyini göstərməyə hazırdır. Artıq hamı tərəfindən dərk edilmiş bir həqiqətdir ki, cəmiyyət məhz elmi ilə tanınacaq. İntellekt ən qiymətli milli sərvətdir. Hazırkı dövrdə elm adamlarının birləşməsinə daha çox ehtiyac duyulur”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda elm sahəsi daim diqqət mərkəzində olub. O, 23 xidmətin "Asan Xidmət"də birləşməsini də elmin cəmiyyətdə inkişafının təzahürü kimi dəyərləndirib.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bəyan edib ki, gənc alimlərin bir araya gəlməsi təkcə elmi dialoq deyil, həm də mədəniyyətlərarası dialoqdur: “Qloballaşan dünyada gənclərin müsbət xarakterli ambisiyalarına yol açılmalıdır. Mən istərdim ki, Bakı forumu müntəzəm olaraq fəaliyyət göstərsin. Forumun daimi katibliyi yaradıla, o iki ildən bir keçirilə bilər. Elmin İnkişafı Fondu hər il gənc alimlərin qrant müsabiqələrini keçirir. Yaxşı olardı ki, bizim gənclər daha çox məsuliyyət daşısınlar. Yeni dünya sizlərə arxalanır. Bu dünyanın problemlərinin sorumlusu da siz gənclər olacaqsınız. Orta və yaşlı nəsil qloballaşan dünyanın çağırışlarına səs verəcəklər. Gənclər isə bu çağırışların əsas mühərriki olacaqlar”.
Forumda texnika, nanotexnologiyalar, İKT sahəsində yeni işlər, tibb, biologiya və kimya sahəsində Avropa gənc alimlərinin elmi nəticələri, Yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiyası, Avropa gənc alimlərinin humanitar sahədə əməkdaşlığı kimi məsələlər müzakirə ediləcək.

“Gənclərə Prezident mükafatının verilməsi ilə
bağlı qərar yaxın günlərdə veriləcək”


Gənc alimlərin elektron məlumat bazası artıq formalaşıb. Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, müxtəlif elmi təşkilatlardan alınan məlumatlar yekunlaşmaq üzrədir. Baza qısa müddət ərzində elmi ictimaiyyətə təqdim olunacaq.
Nazir həmçinin deyib ki, istedadlı gənclər üçün Prezident mükafatının verilməsi ilə bağlı qərar yaxın günlərdə veriləcək. Qeyd edək ki, gənclərin stimullaşdırılması üçün təsis edilən Prezident mükafatının məbləği 10 min manat təşkil edəcək. Mükafatın verilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulub.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info