“Elektron hökumət“ portalına kənd təsərrüfatı ilə bağlı 3 e-xidmət inteqrasiya olunub
Tarix: 10.01.2018 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub.
Nazirlikdən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin aşağıda adları çəkilən 3 yeni elektron xidməti portala inteqrasiya edilib - traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu və traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu.
Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək mütləqdir.
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi cənab Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətini etmiş olacaq.
Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək, ərizəni göndərə bilir.
Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək, ərizəni göndərmiş olur.
Qeyd edək ki, "Elektron hökumət” portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info