Xırmandalı kənd muzeyində Azərbaycan bayrağı qorunur
Tarix: 10.01.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Masallı rayonunun Xırmandalı kənd sakini Əmirəli Yaqubovun təşəbbüsü və rəhbərliyi ilə kənd mədəniyyət evində yaradılan muzey 15 ildir fəaliyyət göstərir. Muzeydə 800-ə yaxın eksponat nümayiş olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmirəli Yaqubov eksponatları öz vəsaiti hesabına əldə edib. Fotostendlərdə İkinci Dünya müharibəsində həyatını itirən, eyni zamanda, birinci Qarabağ müharibəsi zamanı şəhid olan Xırmandalı kənd sakinləri, onların təltifləri barədə məlumatlar yer alıb.
Muzeydə, həmçinin kəndin adlı-sanlı ağsaqqalları, alimləri və İkinci Dünya müharibəsində kəndin zəhmətkeş qadınlarının fotoşəkilləri da sərgilənir. Eksponatların arasında ən qədimi V-VI əsrlərə aid daşdan hazırlanan məişət əşyasıdır.
Burada nümayiş etdirilən ən dəyərli eksponat isə Şuşa şəhər qərargahından götürülmüş Azərbaycan bayrağıdır. Bu bayraq 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə azərbaycanlı zabit tərəfindən götürülərək qorunub.
Bayraq 5 il əvvəl Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə edilib. Onun ən böyük arzusu isə torpaqlarımız azad olunandan sonra həmin bayrağı yenidən əvvəlki yerinə sancmaqdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info