“Azərbaycanda azad internet mühiti mövcuddur”
Tarix: 21.05.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Cahid İsmayıloğlu: “Bu vəziyyətdən sui-istifadə edənlər sosial şəbəkələrdə təhqir hallarını özlərinə peşə seçiblər”

Hazırda iqtisadi və digər göstəricilərlə yanaşı, ölkənin inkişafının əsas elementlərindən biri də İKT sahəsində əldə etdiyi nailiyyətlərdir. İKT-nin inkişafı informasiya sahəsindən tutmuş müdafiə sahəsinə kimi geniş spektrdə ölkənin hər bir sahəsinin inkişafına təsir göstərir. Bu sahə gündəlik inkişaf edən sahə olduğu üçün bir çox dövlətlər artıq İKT-yə əvvəlkindən daha çox diqqət ayırmağa başlayıblar. Azərbaycanda da digər dövlətlər kimi İKT-nin inkişafı üçün bir çox tədbirlər görülür, proqramlar qəbul edilir və sözügedən sahəyə ayrılan maliyyə vəsaiti artırılır. 2013-cü ilin Prezident tərəfindən ölkəmizdə “İKT ili” elan edilməsi də İKT sahəsinin daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Bu sahədə görülən və görülməli olan işlər, mövcud problemlər və digər məsələlərlə bağlı suallarımızı İKT üzrə ekspert, Cahid İsmayıloğlu cavablandırdı:
- İKT-nin inkişafı “informasiya cəmiyyəti” anlayışını da özü ilə bərabər gətirib. İnformasiya cəmiyyəti nədir və onun hansı tələbləri var?
- Dünya hər gün, hər saat dəyişməkdədir, əlbəttə, bu prosesdə informasiya cəmiyyəti aparıcı gücdür. Bütün bu proseslər İKT-nin inkişaf səviyyəsindən asılıdır. Nə qədər İKT-nin son nailiyyətlərindən bəhrələnsək, istifadə etsək, bu inkişaf və dəyişikliklər ilə o qədər ayaqlaşacağıq.
- Bildiyimiz kimi, Prezident 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. İlin əvvəlində Azərbaycanın ilk “Azerspace” telekommunikasiya peykinin müvəffəqiyyətlə orbitə göndərilməsi uğurlu bir başlanğıc oldu. Bunun ölkəmiz üçün daşıdığı əhəmiyyəti nədən ibarətdir və yeni peyklərin orbitə göndərilməsi ilə bağlı işlər hansı mərhələdədir?
- 2013-cü ilin “İKT ili” elan edilməsi ölkəmizdə bu sahəyə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları, eyni zamanda gələcəkdə qarşıda duran mühüm vəzifələrə hesablanmış bir addımdır. Mənim ən böyük gözləntim peyk vasitəsi ilə ölkəmizə güclü və ucuz internet ötürə biləcəyimizdir. Birinci amil peyk amili və ikincisi isə paralel olaraq internet infrastrukturunun olmasıdır. Amma internetin ölkədə paylanılması üçün mütləq internet infrastrukturu olmalıdır. Bu sahədə ciddi boşluqlar mövcuddur. İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində də peykin böyük əhəmiyyəti var.
- Elektron hökumətin yaradılması və tətbiqi ilə bağlı nə deyə bilərsiniz?
- İlk başlarda e-hökumətə belə bir tərif verilirdi: “”Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir.” Sürətli inkişaf indiki zamanımızda bu tərifin e-hökumətə nə qədər məhdud gəldiyini sübut edir. İndi bu haqda sadəcə bu fikri demək kifayətdir ki, e-hökumətin nələrə qadir olduğunu sübut edək - elektron hökumətin qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsini təmin edəcək. Ən əsası Azərbaycanda e-hökumətin tam tətbiq olunduğu təqdirdə rüşvət, və bürokratiyanın qarşısını tam ala biləcəyinə əminəm. Çatışmazlıqlar da mövcuddur. Məsələn, “İnformasiya əldə etmə haqqında” Qanunun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməli idilər. Bu müddət 2009-cu ildə başa çatsa da, bu gün bələdiyyələrin 10-a yaxınının internet resursu mövcuddur. Çoxu da sadəcə mövcudluğu ilə qalır demək olar ki, yenilənmir, fəaliyyətsizdir. Bunun əsas səbəbi kimi bələdiyyələrin maddi çətinliklərlə üzləşməsi və yerlərdə kadr çatışmazlığının mövcudluğu göstərilir. Halbuki, həmin saytların hazırlanması üçün yüksək maliyyə tələb olunmur. Bu kimi məsələlər e-hökumət prosesinə ciddi əngəldir.
- ABŞ-ın Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında ölkəmizdə əhalinin internetdən sərbəst istifadə etməsində problemlərin olduğu qeyd edilir. Sizcə, bu qərəzli məlumat nəyə xidmət edir və Azərbaycanda internetdən istifadə ilə bağlı hazırda durum necədir?
- Mən hesab edirəm ki, Azərbaycanda tam azad internet mühiti mövcuddur. Bu tip xarici qüvvələrin ölkəmizə qarşı bu cür qarayaxmaları artıq inandırıcılığını tam şəkildə itirib. Bu dəqiqə 5 yaşında uşaq da bilir ki Azərbaycanda hansı internet azadlığı mövcuddur. Hətta deyərdim ki bu azadlıq bəzi hallarda həddən artıqdır. Çünki azad internet mühitindən sui-istifadə edənlər sosial şəbəkələrdə təhqir hallarını özlərinə peşə seçib, göbələk kimi yayılmış xəbər saytları başlı-başına dezinformasiyalar yaymaqla, reketlik fəaliyyəti ilə məşğul olmaqdadır. Yavaş-yavaş bu kimi hallar qanunla tənzimlənməyə başlamaqdadır. Görünür bunu problem kimi qəbul edənlər bu kimi mənfi halların daha geniş yayılmasında maraqlı olanlardır.
- İKT sahəsində gənclərin maarifləndirilməsi məqsədilə görülən işləri necə qiymətləndirirsiniz və yaxın gələcəkdə bu istiqamətdə fəaliyyət necə planlaşdırılmalıdır?
- “Elektron Azərbaycan” qurmaq, işlətmək, tətbiq və inkişaf etdirmək üçün bizim qarşımızda duran əsas məsələlərdən biri də maarifləndirmə məsələsidir. Çünki cəmiyyətimiz, əsasən yaşlı nəsil İKT ilə tam uyğunlaşmaqda çətinlik çəkirlər. Hər şey təhsildən başlamalıdır. Məktəbdən bu proses başlamalıdır. Bu halda zamanla nəsil dəyişdikcə bu problem tam aradan qalxacaq. İndiki zamanda əhali arasında maarifləndirici reklam çarxları, həvəsləndirici aksiyalar, mini kurslar və s. yollarla bu prosesə təkan verilə bilər.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info