Millət vəkili: “Bütün faktlar təsdiq edir ki, 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı”
Tarix: 10.01.2018 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Bütün faktlar təsdiq edir ki, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.
20 yanvar hadisələrindən 28 il ötdüyünü xatırladan G.Baxşəliyeva vurğulayıb ki, 20 yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı silahlı təcavüzü idi: “Çox böyük faciə baş verdi və istər keçmiş SSRİ-nin rəhbərliyi, istərsə də o zamankı Azərbaycan rəhbərliyi bu faciəyə görə, məsuliyyət daşıyır. Azərbaycana silahlı qüvvələrin yeridilməsi və digər bütün faktlar təsdiq edir ki, 20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Bu faciəni törətməkdə məqsəd Azərbaycan xalqının azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq idi. Ancaq həmin çirkin məqsədli qüvvələr öz istəklərinə nail ola bilmədilər”.
G.Baxşəliyeva bildirib ki, o zaman ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, bu hadisələr haqqında bütün dünyaya düzgün məlumat verməsi sanki xalqın yarasının üzərinə su çiləmişdi. İnstitut direktoru əlavə edib ki, 20 Yanvar faciəsi haqqında ərəb dilində broşur nəşr edilib və bu broşurlar bütün ərəb dilli ölkələrdə yayılacaq ki, insanlar o vaxt Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumat alsınlar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info