Milli Qəhrəmanın xatirəsi anılıb
Tarix: 10.01.2018 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Quzanlı qəsəbəsindəki mədəniyyət evində Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, tibb xidməti kapitanı şəhid Muxtar Qasımovun 60 illik yubileyi qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini və rayonun girişindəki “Şəhidlər” abidə kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Mədəniyyət evinin foyesində Milli Qəhrəmanın xatirə əşyaları, foto və sənədləri sərgilənib. Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyəti rəsmilərinin, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, “N” saylı hərbi hissənin əsgər və zabitlərinin, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.
Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin orduda şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, eləcə də vətənpərvərlik hissinin daha da yüksəldilməsi işinə xüsusi önəm verdiyini qeyd edib.
Sonra vizual görüntülərin müşayiəti ilə Muxtar Qasımovun şəhid olmasından bir gün əvvəl Müdafiə Nazirliyinin sənədli kinofilmlər studiyası tərəfindən lentə alınmış müsahibəsi səsləndirilib.
Mərasimdə Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edilib. Bildirilib ki, Muxtar Qasımov 1958-ci il yanvarın 10-da Beyləqan rayonunun Kəbirli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Qasımovlar ailəsi öz ata-baba yurdları Ağdam rayonuna qayıdıb. 1974-cü ildə Ağdam şəhər 5 nömrəli tam orta məktəbi bitirən M.Qasımov 1975-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1981-ci ildə təyinatla Xankəndində Təcili Yardım Stansiyasında həkimlik fəaliyyətinə başlayıb. 1988-ci ildə Ağdam Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirib. Xocalı faciəsindən sonra həyatını tamamilə cəbhəyə bağlayan Muxtar Qasımov Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə onlarla yaralı əsgərin həyatını xilas edib. 1992-ci il iyunun 16-da Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev, Qarabağ Müharibəsi Veteran Qadınlar Təşkilatının sədri Radə Abbas, şəhidin döyüş dostları – ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Adil Eyvazov, ehtiyatda olan tibb xidməti kapitanı Məmməd Nağıyev, müharibə veteranı Cahid Əliyev gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, Milli Qəhrəmanla bağlı xatirələrini danışıblar.
Mayor Qənbər Orucov bölgədəki hərbi hissənin şəxsi heyəti adından çıxış edərək, Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə hər an azad etməyə hazır olduğunu deyib.
Muxtar Qasımovun həyat yoldaşı Mətanət Abbasova və bacısı Elmira Qasımova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Tədbir silahlı qüvvələrin mahnı və rəqs ansamblının ifasında təqdim olunan ədəbi-musiqili kompozisiyalarla davam edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info