Kuznetsov ADU-da Rusiyanın siyasi sistemindən danışıb
Tarix: 10.01.2018 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Yanvarın 10-da Azərbaycan Dillər Universitetində (ADU) tanınmış rusiyalı politoloq, tarixçi-qafqazşünas Oleq Kuznetsovun iştirakı ilə “Müasir Rusiyada prezident seçkiləri” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan  bildirilib ki, tədbirdə universitetin regionşünaslıq, fəlsəfə və ictimai elmlər, beynəlxalq münasibətlər kafedralarının müəllimləri, həmçinin elmi-tədqiqat laboratoriyalarının əməkdaşları iştirak ediblər.
O.Kuznetsov Rusiyada keçirilən prezident seçkilərində siyasi tendensiyalar, seçki prosesində istifadə olunan siyasi texnologiyaların səmərəliliyi, dövlət büdcəsinin idarə olunması, siyasi sistem haqqında tədbir iştirakçılarına məlumat verib. Politoloq, həmçinin müəyyən dövrlərdə seçkilər prosesində edilən dəyişiklik və islahatlardan, Rusiya cəmiyyəti və hakimiyyətinin qarşılıqlı münasibətlərindən söz açıb. Azərbaycan və Rusiyanın siyasi sistemləri arasındakı oxşarlıqlardan danışan O.Kuznetsov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bölüşüb.
Rusiyalı politoloqun ADU-nun rusiyaşünaslıq və multikulturalizm elmi-tədqiqat laboratoriyalarının əməkdaşları ilə görüşündə isə “Xarici rusiyaşünaslığın aktual problemləri” mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, O.Kuznetsov 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun fəxri professoru seçilib. O, elm və təhsilin inkişafına verdiyi töhfələrə, həmçinin elmi-texnoloji fəaliyyətinə görə bir çox ictimai mükafatlara layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
17.01.2019
Qərargah: Sumqayıtda küləyin sürəti 40 m/s, dənizdə isə dalğalar 7,5 metrə çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info