“Der Spiegel” Almaniyadakı hüquq pozuntularından, irqi ayrı-seçkilikdən, neofaşizmdən niyə yazmır?
Tarix: 21.05.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Sahil İsgəndərov: “İnsan hüquqlarından dəm vuran Almaniya Ermənistanda keçirilən biabırçı prezident seçkiləri ilə bağlı heç bir bəyanat verməyib”

Ölkəmiz inkişaf etdikcə, onun beynəlxalq mövqeyi gücləndikcə dövlətimizə Azərbaycanın inkişafını görmək istəməyən qüvvələr tərəfindən edilən təzyiqlər artmaqdadır. Bu tendensiya Qərbin bir sıra mətbuat orqanlarında yer alan, sifarişlə yazılan yazılarda daha çox özünü büruzə verir. Eyni qəbildən olan belə bir yazı ilə indi də Almaniyanın “Der Spiegel” jurnalı çıxış edib.
Bir sıra Avropa dövlətlərinin, xüsusilə ilə Almaniyanın Azərbaycana qarşı son dövrlərdə qərəzli mövqe ilə çıxış etməsinin səbəbləri ilə bağlı qəzetimizə fikirlərini bildirən politoloq Sahil İsgəndərov aşağıdakıları qeyd etdi: “Çox təəssüflər olsun ki, Azərbaycanda hər dəfə seçkilər yaxınlaşdıqca Qərbdə bir sıra mətbuat orqanlarında ölkəmiz haqqında qərəzli yazılar dərc olunmağa başlayır. Bu da ölkəmizə qarşı təzyiq məqsədi güdür. Bu baxımdan “Der Spiegel”də dərc olunan yazıya da eyni mövqedən yanaşmaq lazımdır. Məsələ burasındadır ki, Almaniya son dövrlərdə Azərbaycana qarşı öz qərəzli mövqeyi ilə daha çox diqqət cəlb edir. Hansısa bir şəxsin həbs olunmasından sonra məsələnin mahiyyətinə varmadan dövlətimizi insan hüquqlarını pozmaq ittiham edirlər. Bunun arxasında həmin ölkələrin geosiyasi maraqları dayanır. İrəli sürülən ittihamlar isə çox əsassız olur. Azərbaycanda fəaliyyət göstərən guya müxalifyönlü bloqqerlərin, bəzi şəxslərin rolunu şişirtməklə Azərbaycanın imicini ləkələməyə çalışırlar. Avropanın aparıcı ölkəsi olan Almaniyanın canfəşanlıq etməsi isə xoşagəlməyən haldır. Digər bir mənfi hal Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsində Rusiyaya verdiyi balların hesablanmaması ilə bağlıdır. Bildiyimiz kimi, prosedura görə ballar Almaniyaya göndərilir, ondan sonra insanlara ballar haqqında məlumat verilir. Azərbaycanın Rusiyaya göndərdiyi balların hesablanmamasında Almaniyanın adı çəkilir. Mən bunu təsadüf hesab etmirəm. Eyni zamanda Ştrasserin Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı məruzəsində ölkəmizi tənqid etməsi də təsadüfi ola bilməz. Bu insan bir dəfə də olsun Azərbaycanda olmayıb, buradakı vəziyyətlə yaxından tanış deyil. Bəs necə ola bilər ki, bir dəfə belə olmadığın ölkədə insan hüquqlarının pozulması haqqında məruzə hazırlayasan? Ştrasser milliyyətcə almandır, Almaniyanın təmsilçisidir. Bu da bizə bir çox məqamlardan xəbər verir. Prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanla bağlı belə qərəzli yazılar olacaq. Almaniya insan hüquqlarından dəm vurursa Azərbaycanı yox, Ermənistanı tənqid etməlidr. Azərbaycan bütün parametrlərə görə Cənubi Qafqazda inkişafına görə birinci yerdədir. Amma Almaniya bunu sanki görmür və gəlin baxaq Almaniya Ermənistandakı biabırçı prezident seçkiləri ilə bağlı hansı bəyanatı verdi? Almaniyanın özündə baxaq görək nələr baş verir? Hazırda Almaniya neofaşizmin indiki təhlükəli həddə çatmasında Angela Merkelin özünü günahlandırır. Onun irqçi qruplarla pərdəarxası əlaqələrinin olması haqqında ortaya atılan iddialar var. Bundan başqa Almaniyada insan hüquqlarının kobud şəkildə pozulmasına, digər millətlərin nümayəndələrinə irqi ayrı-seçkiliyin mövcudluğunu sübut edən bir faktı da nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Almaniyada türklərin öldürülməsində təqsirli bilinən, irqi təşkilatların üzvü olan şəxslərin məhkəmə prosesi zamanı onlarla elə davranılırdı ki, elə bil bunlar heç belə bir cinayət törətməyiblər, cəmiyyətə qarşı təhlükə mənbəyi deyillər. Lakin eyni zamanda Almaniyada məişət zəminində türklə alman arasında yaşanan münaqişə zamanı alman vətəndaşının öldürülməsi ilə bağlı məhkəmə prosesinə həmin türk şüşə qəfəsin içində gətirildi. Niyə “Der Spiegel” bunlardan yazmır? İrqçilərlə bağlı məhkəmə prosesi başlayanda Türkiyənin heç bir media orqanının məhkəmə zalına buraxılmaması ilə bağlı qərar verildi. Bəs bu söz azadlığının pozulması demək deyilmi? Beynəlxalq ictimaiyyətin qınağından sonra Türkiyə media nümayəndələri məhkəmə prosesinə buraxıldı. Almaniya dövlətinin digər millətlərin nümayəndələrinə, xüsusilə türklərə qarşı apardığı kəskin ayrı-seçkilik siyasəti Türkiyə dövlətinin də kəskin etirazına səbəb oldu. Türkiyə baş nazirinin köməkçisi Bəkir Bozdağ Almaniya dövlətini bu siyasətinə görə sərt tənqid etdi. Bununla bərabər burada Almaniyanın hər şeyi birtərəfli şəkildə dəyərləndirməsi də onun qərəzli mövqeyindən xəbər verir. Bu yaxınlarda parlamentdə Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən “Amnistiya haqqında” qanun 9000 nəfərdən artıq şəxsə şamil edildi. Nəticədə yüzlərlə insan həbsdən azad olunur, cəzaları azaldılır və s. Yaxşı bundan artıq insan hüquqlarına hörməti necə ifadə etmək olar? Almaniya niyə bunları görmür? Axı Emin Milli, Xədicə İsmayılova kimilərinin sözlərinə görə necə Azərbaycanda insan hüquqlarının pozulması barədə danışmaq olar? Onda belə bir nəticə ortaya çıxır ki, adları sadalanan bir qrup şəxsin hüququ 9000 vətəndaşın hüququndan üstündür. Bu heç bir məntiqə sığmır. Maraqlı məqamlardan biri də odur ki, Avropa ölkələrində Azərbaycan haqqında kəskin tənqidlə çıxış edən şəxslər sonradan hansısa bir “mükafat”a layiq görülürlər. Leyla Yunusun da Almaniyada Azərbaycanı sərt tənqid etdikdən sonra Fransada “mükafat”landırılması da bura aiddir. Belələrini hansısa bir toyda tərif deyib, pul alan üzdəniraq tamadalara bənzədirəm. Əslində bu, ölkəmizi istəməyən qüvvələrin Azərbaycanın daxilində olan uzantılarına ölkəmizə qarşı daha da antimilli mövqedən çıxış edə bilmələri üçün ayrılan maddi yardımdır” .
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info