Moldova Respublikasının Nazirlər Kabinetinin yeni üzvləri təqdim olunub.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Moldovanın Baş naziri Pavel Filip yeni hökumətin təqdimatı zamanı əvvəlki iki illə müqayisədə daha çox iş görülməli olduğunu bildirib.
Baş nazir qeyd edib ki, yeni hökumət üzvləri peşəkar, təcrübəli və dünyanın yeni çağırışlarına tam cavab verən kadrlardır.
“Onların qarşısında yeni hədəflər qoyulub. Yeni hökumət Moldovanın iqtisadiyyatını, sosial siyasətini gücləndirməli, xarici siyasətini şaxələndirməlidir”, - deyə Pavel Filip əlavə edib.
|