Keçən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub
Tarix: 11.01.2018 | Saat: 03:02:00 | E-mail | Çapa göndər


Keçən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu il sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. “Biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcək”, - deyə Prezident İlham Əliyev əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
2019-cu ildə taxıl əkininə hazırlıq vəziyyəti müzakirə olunub
21.01.2019
Qadın sahibkarlara verilən kreditlər hesabına 8500-dən çox iş yeri yaradılacaq
21.01.2019
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək
21.01.2019
Nazir: Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
21.01.2019
TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info