Ötən il Yevlaxda Məşğulluq Mərkəzinin xətti ilə 629 nəfər işlə təmin olunub
Tarix: 11.01.2018 | Saat: 14:29:00 | E-mail | Çapa göndər



Yevlax rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2017-ci ildə mərkəzə müraciət edən 1065 nəfər iş axtaran vətəndaşdan 629-u, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 4 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən şəhərin tikinti-abadlıq və yaşıllaşdırma işləri, çoxmənzilli binaların təmiri sahələrində, elektrik, qaz və su təchizatı müəssisələrində işlə təmin olunublar.
Bu dövrdə 14 nəfər peşə hazırlığı kurslarına göndərilib, 8 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Oktyabr ayında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 92 işaxtaran vətəndaşa göndəriş verilib. Hazırda rayonun idarə və müəssisələrində 124 vakant iş yeri var.
Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri də həyata keçirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 16 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info