“ARDNŞ-in “Star” neft-emalı zavodunda infrastrukturun qurulması işi sona yaxınlaşmaqdadır”
Tarix: 22.05.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Kenan Yavuz: “Yatırılan sərmayə Türkiyənin büdcə kəsirini 2,5 milyard dollar aşağı salacaq”

Təməli 2011-ci ilin oktyabr ayının 25-də Azərbaycanın dövlət başçısı İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan «Petkim» şirkətinin «Star» neft-emalı zavodunda infrastrukturun qurulması işi sona yaxınlaşmaqdadır.
Bu haqda Türkiyənin «Radikal» qəzeti məlumat yayıb. Zavodun inşaat, mühəndislik və tədarük işlərinin həyata keçirilməsi məqsədi ilə 4 ayrı şirkətlə müvafiq müqavilələr imzalanıb. Məqalədə qeyd edilir ki, ARDNŞ Əliağada quracağı kompleksdə həyata keçiriləcək işlərlə bağlı İspaniyanın «Tecnicas Reunidas», İtaliyanın «Saipem», Cənubi Koreyanın «GS Engineering & Construction» və Yaponiyanın «Itochu» şirkətləri ilə müqavilə imzalayıb. ARDNŞ-in Türkiyə bölməsinin rəhbəri Kenan Yavuz qəzetə açıqlamasında qeyd edib ki, Əliağada qurulan «Star» neft-emalı zavoduna yatırılacaq sərmayə müəyyən xərcləri çıxmaqla 4,35 milyard dollar olacaq və zavodda istehsalın 2015-ci ildə başlanacağı gözlənilir. «Star» zavodunun müqavilə imzalanandan 51 ay sonra işə düşəcəyini gözlədiklərini deyən Kenan Yavuz bu sərmayənin Türkiyənin büdcə kəsirini 2,5 milyard dollar aşağı salacağını da sözlərinə əlavə edib. «Star» zavodunun illik istehsal gücünün 10 milyon ton olacağı gözlənilir. Xatırladaq ki, qardaş ölkənin ilk və yeganə neft-kimya müəssisəsi olan “Petkim-Petrokimya Holdinq”in təməli 1965-ci ildə Yarımca şəhərində qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub. 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Türkiyənin “Turgas” şirkəti ilə birlikdə “Petkim-Petrokimya Holdinq”ə məxsus neft-kimya zavodunun 51 faizinə yiyələnib. ARDNŞ “Petkim”in qalan səhmlərini də İstanbul birjası vasitəsi ilə əldə etdikdən sonra, müəssisənin tamhüquqlu sahibinə çevrilib. Artıq “Petkim” ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olmağa başlayıb. İstehsal olunan məhsulların 50 faizindən çoxu ixrac edilir. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır. Neft-kimya müəssisəsinə qoyulan 5 milyard dollar investisiya həm dünyada, həm də Türkiyədə zavodun inşasına qoyulan ən böyük yatırımdır. Zavod istismara buraxıldıqdan sonra Türkiyənin neft-kimya sektorunun xammaldan asılılığı minimuma enməklə yanaşı, Egey bölgəsinin iqtisadiyyatına böyük töhfə verəcək. Eyni zamanda müəssisə Əliağa qəsəbəsini Türkiyənin önəmli sənaye mərkəzinə çevirəcək. Zavodda, əsasən, dizel yanacağı, müxtəlif çeşiddə yağlar istehsal olunacaq. Bu məhsullar həm “Petkim”in daxili tələbatı üçün istifadə ediləcək, həm də xarici bazarlarda satılacaq. “Petkim” ildə 2 milyon ton xammalı xaricdən idxal edir. Zavodun istismara verilməsi “Petkim”i bu asılılıqdan qurtaracaq. Bundan əlavə, ARDNŞ-in sərmayələrinin bir hissəsi Türkiyədə qurmuş olduğu “SOCAR-Power” enerji şirkətinin inşasına yönələcək. 600 MVt gücü olacaq bu elektrik stansiya “Petkim” kompleksini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. Stansiyada yanacaq kimi «Star» neft emalı zavodunda istehsal prosesi zamanı yaranan tullantılar və daş kömürdən istifadə olunacaq. ARDNŞ nefti Ceyhan limanından gəmilərlə STAR zavoduna gətirilərək burada emal olunacaq. Bu isə məhsulun maya dəyərinə əsaslı şəkildə öz təsirini göstərəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info